Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2013
12:23
986
Sürücülərin nəzərinə!
Sabah Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

FaktXəbər-in məlumatına görə, sabah Bakıda küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, sabah  paytaxtda keçiriləcək hərbi paradla əlaqədar olaraq Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində  və ona paralel olan Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

V. Əsədov qeyd edib ki, Afiyyədin Cəlilov və Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi ilə  Neftçilər prospekti, Ü. Hacıbəyov küçəsi ilə K. Səfərəliyeva küçəsi, Ü. Hacıbəyov küçəsi ilə  Zorge küçəsi, Ü. Hacıbəyov küçəsi ilə Puşkin, Ü. Hacıbəyov küçəsi ilə  Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi ilə  Rəsul Rza küçəsi, Neftçilər prospekti  ilə Niyazi küçələri istiqamətində  nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Şöbə rəisi həmçinin alternativ yolların siyahısını açıqlayıb. Onun sözlərinə görə, sürücülər Afiyyəddin Cəlilov küçəsinin Nobel prospekti ilə kəsişməsindən keçməklə, N. Rəfiyev küçəsindən istifadə etməklə Babək, Nobel, Xocalı  prospektlərinə və 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov və 28 may küçələrinin kəsişməsindən 28 may və K. Səfərəliyev küçəsinə, Bayıl qəsəbəsindən Qurban Abbasov, Teymur Elçin, Mehdi Hüseyn küçələrindən keçməklə Parlament prospektinə, 20-ci sahədən Dağ üstü yolla Padamdar və Mikayıl Müşfiq küçələrinə hərəkət edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
528

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
1237

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
65

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1096

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
433

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 15:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru