Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2013
16:56
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının Gəncə şöbəsi təsis edildi
Ehtiyatda olan zabit Ramin Məmmədov sədr seçilib

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının Gəncə şəhər nümayəndəliyinin təsis yığıncağı keçirilib. Tədbir Quran tilavəti ilə başlayıb və şəhidlərin ruhu yad edilib. FaktXeber.com-un məlumatına görə, toplantıda çıxış edən təşkilat rəhbəri Rövşən Əhmədli təsis zərurətindən söz açaraq, fəaliyyətin məram və məqsədi haqqında ətraflı məlumat verib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması üçün aparılan danışıqların heç bir müsbət nəticə vermədiyini söyləyiblər. “ATƏT-in Minsk Qrupunun işğalçı Ermənistanın maraqlarına uyğun fəaliyyəti davam etməkdədir. Ona görə də problemin həlli üçün hərbi əməliyyatların başlanılması zəruridir”,- deyə tədbir iştirakçıları çıxışı zamanı bildiriblər.  

Tədbirdə Vüqar İsgəndərli, Elşən İsmayılov, Anar Sultanov, Vüsal Səfərov, Ramin Məmmədov çıxış edərək tədbirin məramnamə və nizamnaməsinə dair təkliflər veriblər. Ehtiyatda olan zabit Ramin Məmmədov təşkilatın Gəncə şəhəri üzrə nümayəndəliyinə sədr seçilib. Eyni zamanda təşkilatın ilk konfransına 15 nəfərdən ibarət nümayəndə heyəti seçilib.  

Tədbirdə iştirak edən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov da çıxış edərək uğurlar arzulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6440

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6826

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6832

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9377

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6522
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 08:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru