Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2013
12:19
1747
Elektrik enerjisinə qənaət ailə büdcəsinə qənaətdir
Ölkəmizdə ailə büdcələrində kommunal xidmətlərə ayrılan xərclərin payı kifayət qədər çoxdur

Az ailə tapılar ki, kommunal xərclərə ay ərzində ən azı 30-40 manat xərcləməsin. Bunlar arasında ən çox ödəniş məhz elektrik enerjisinə görə edilir.
 
 Xüsusilə, qış aylarında mənzillərin isidilməsində elektrik enerjisindən çox istifadə olunur. Şəhərlərdə yeni tikililərin çoxuna mavi yanacaq verilmədiyindən elektrik enerjisindən istifadə edilir. Bəs elektrik enerjisinə necə qənaət etməliyik?

Yəqin elə bir ailə tapılmaz ki, orada həftədə bir-iki dəfə paltar yuyulmasın. Xüsusən, şəhər yerlərində paltaryuyan maşınlardan istifadə olunduğu üçün elektrik enerjisi daha çox sərf olunur. Bir də görürsən paltaryuyan öz işini görüb qurtarıb, ancaq xanımın başı seriala və ya ev telefonu ilə danışığa elə qarışıb ki, söndürmək yaddan çıxıb. Odur ki, paltaryuyanın içərisində paltarlar boş-boşuna dövr etməyə davam edir. Sonra da deyirik ki, işıqpulu niyə çox gəlib?

Yaxud, mobil telefon enerji yığması üçün xəttə qoşulur. Amma dolandan sonra onu çıxarmaq yaddan çıxır. Evində kompyuteri olanlar həm də televizoru açıq saxlayırlar. Halbuki, heç baxan da yoxdur.

Başqa bir misal. Hamamda elektrik qızdırıcısından istifadə edənlərin çoxu onu daim yanılı saxlayırlar. Belə ailələrdə aylıq işıq pulu ən azı 50-60 manat olur...

Araşdırmalar göstərir ki, il ərzində paltar qurutmaq üçün orta hesabla 360-1400 kvts elektrik enerjisi sərf edilir. Təbii ki, bu göstərici hər ailəyə və hər xanımın istifadəsinə görə dəyişir. Məsləhət üçün deyək ki, paltaryuyan maşın dolu vəziyyətdə istifadə edilməməli, lakin həddən artıq yüklənməməlidir. Bütün paltarları bir yerdə yumaq olmaz. Növünə görə seçib qruplaşdırılmalıdır. Bu halda paltaryuyan maşından tam məhsuldarlıqla istifadə etmiş olarsınız. Hər istifadədən sonra paltarqurulayan maşının filtirini təmizləmək lazımdır. Paltarları həddindən artıq qurutmayın. Bu elektrik enerjisini israf etməklə yanaşı, parçanın da keyfiyyətinə mənfi təsir göstərir.

 Su qızdıqca pul “buxarlanır”

Elektrik enerjisindən ən çox evlərdə suyun qızdırılmasında istifadə edilir. İl ərzində bu işə orta hesabla 1000 - 4000 kvts elektrik enerjisi  sərf olunur. Bu göstəriciyə paltar və qabyuyan maşınların qızdırdığı su da daxildir. Araşdırmalar nəticəsində məlum olub ki, su qızdırıcının dərəcəsini 60°C-dən 49°C-yə salmaqla, suqızdırma xərcini 10%  azaltmaq olar.

Əgər su kranı axıdırsa, onu təmir etdirin. Çünki suyunuz tez qurtaracaq və siz yenidən isitməli olacaqsınız. Qabları yuyarkən isti suyun daimi axmasının qarşısını almaq üçün qabda yığılmış sudan istifadə edin.

Qabları yaxalayarkən bir çox xanımlar isti sudan istifadə edirlər. Halbuki, bu zaman soyuq sudan istifadə etməklə həm qabı daha yaxşı təmizləmək, həm də enerjiyə qənaət etmiş olarıq. Qabları yuyarkən maşını doldurun, amma artıq yükləməyin. Əgər qablar çətin təmizlənən maddəyə bulaşıbsa, qabı əvvəlcədən soyuq su ilə sürtün daha sonra qabyuyan maşına yerləşdirin...

 Səmərəli işıqlandırma üçün məsləhətlər

Hər il ailələrdə işıqlandırmaya orta hesabla 400-1000 kvts enerji sərf edilir. Lakin qənaətlə bunu da azaltmaq mümkündür. Məsələn, iki yan-yana duran elektrik lampasını onların ümumi gücünə bərabər olan bir lampa ilə əvəz edə bilərsiniz. Bu həm işıqlandırmanı artıracaq, həm də elektrik enerjisinə qənaət edəcək. Təbii işıqlanmadan mümkün qədər çox istifadə olunması daha məqsədəuyğundur. Yeri gəlmişkən, həyət evi tikərkən təbii işıqlandırma da nəzərə alınmalıdır.

Evlərdə tünd rəngli pərdələrdən istifadə də məsləhət görülmür.

Lampaları mütəmadi nəzarətdən keçirin. İşıqlandırma sisteminin təmiz saxlanılması işıqlanma qabiliyyətini artırır. Çünki, lampa üzərinə yığılmış toz işığı azaldır.

 Evi tərk edərkən və ya bir otaqdan digərinə keçərkən işıqları söndürün. Hər bir ailə üzvünün bu qaydaya riayət etməsi elektrik enerjisinə təxminən 35 faiz riayət etməsi deməkdir.

Evdə elektrik qızdırıcılardan ehtiyac olmadan istifadə etməyin, onları boş-boşuna yanılı qoymayın. Qış fəslində ayna və qapılardan soyuq havanın sızmasının qarşısını mümkün qədər alın.

Yaxşı olardı ki, hər ay eyni gündə sayğacınızın göstəricisini çıxarıb keçən ayın göstəriciləri ilə müqayisə edəsiniz, elektrik enerjisinə qənaətin (və ya artıq sərfiyyatın) səbəblərini araşdırasınız. İşə gedərkən evdə işığı və digər elektrik cihazlarını söndürdüyünüzə əmin olun.

 Bütün bunlara əməl etsəniz, aylıq ailə büdcənizə qənaət etmiş olarsınız. Həmin pulu isə daha zəruri ehtiyaclarınızın ödənməsinə yönəldə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
124

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
144

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
250

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
156

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
199
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 20:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru