Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2013
09:20
Polis əməkdaşına qarşı müqavimət göstərmiş şəxslərlə bağlı araşdırmalar davam etdirilir

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılan ilkin araşdırmalarla «Mersedes» markalı 90 FU 175 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və qeyriləri tərəfindən xidməti vəzifəsini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Yol-Patrul Xidməti inspektoru Saməddin Eyvazova qarşı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilib.

Belə ki, cari il mayın 3-də yol polisi əməkdaşı S.Eyvazov xidmətdə olarkən saat 21:30 radələrində qeyd edilən avtomobilin Neftçilər prospektində avtobus dayanacağında dayandığını görərək həmin avtomobilə yaxınlaşıb.

Yol nişanlarının tələblərini pozduğuna və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün S.Eyvazov sürücüdən avtomobilin açarlarını alaraq sükan arxasına əyləşib.

Bu zaman dörd nəfər ona yaxınlaşaraq avtomobili sürücüsünə qaytarmağı tələb edib. S.Eyvazov xidməti vəzifəsini yerinə yetirdiyini bildirərək, onların tələbini rədd etdikdə həmin şəxslər onu yumruqla vuraraq hadisə yerindən qaçıblar. S.Eyvazov maşından düşərək onunla birlikdə xidmət aparan polis əməkdaşı Qədir Bədirxanov və ərazidə xidmət göstərən Post-Patrul Xidməti əməkdaşlarının birgə səyi nəticəsində avtomobilin sürücüsü Habil Məmmədov və Nicat adlı şəxs saxlanılıblar.

Xəsarət almış polis əməkdaşı S.Eyvazov müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Material üzrə S.Eyvazov,  sürücü H.Məmmədov və hadisənin digər şahidlərinin izahatları alınaraq toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Səbail rayon prokurorluğuna göndərilib.

Hazırda material üzrə müvafiq araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6450

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5328

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6831

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6842

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9397

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 09:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru