Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2013
17:27
Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev beynəlxalq tədbirdə iştirak edib

Aprelin 26-27-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Paris Apellyasiya Məhkəməsinin Baş prokuroru Fransua Falettinin dəvəti ilə Fransanının Ədliyyə Sarayının inzibati binasında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXəbər-ə verdiyi məlumata görə, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin iştirak etdiyi iclasda İcraiyyə Komitəsinin əvvəlki iclasında müzakirə olunmuş bir sıra mövzulara münasibət bildirilib, Assosiasiyaya növbəti 3 il üçün prezidentin, İcraiyyə Komitəsinə yeni vitse-prezidentlərin və üzvlərinin seçilməsi müzakirə edilərək qeyd olunan məsələ ilə əlaqədar gizli səsvermə keçirilməklə namizədlərin siyahısı müəyyən edilib. İclas zamanı qeyd olunan namizədlərin siyahısının qurumun cari ilin 8-12 sentyabr tarixlərində Moskva şəhərində “Prokuror və qanunun aliliyi” mövzusunda keçiriləcək 18-ci illik konfrans və ümumi yığıncağında təsdiq edilməsi tövsiyə edilib.

Bundan başqa, tədbir zamanı dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin milli prokurorluq orqanlarında fəaliyyətləri zamanı nailiyyətlər əldə etmiş prokurorların mükafatlarla təltif edilməsi məsələsinə baxılmaqla müvafiq qərarlar qəbul olunub, eyni zamanda Assosiasiyanın büdcəsi, qurumun növbəti illik konfrans və yığıncaqlarının keçirilməsi məsələləri müzakirə edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 01:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru