Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2013
14:52
Rövşən Əhmədli: `Zindanda olan mübariz qardaşlarımızın və silahdaşlarımızın mübarizə sədasına cavab gəlməlidir`

“Baş verən zülmlərin hamısı insanların biganəliyi, haqqı deməmək, qorxusu və zahirdə özünü sadiq göstərib daxildə buna əməl etməməsi ilə bağlıdır. Keçiriləcək seçki nəticəsində xalq gələcək taleyini kiməsə həvalə edəcək. Ona görə də bu il keçiriləcək seçkilər xalqın və millətin gələcək taleyi ilə bağlıdır. ”

FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri AİP-in sədr müavini Rövşən Əhmədli bu il keçiriləcək seçkilərlə bağlı açıqlama verərkən qeyd edib. Rövşən bəy onu da bildirdi ki, bütün xalqlar və millətlərin istəkləri yalnız 2 şeydən ibarətdir: “Bu əmniyyət və rifahdır. Dövlətin bundan başqa adı və vəzifəsi yoxdur. Hakimiyyət xalqın yanız rifahı və əmniyyəti üçün çalışmalıdır. Zülmlə mübarizə elan edib geri çəkilənlər bir növ zülmə rəvac verən şəxslərdir. Hazırda əksər siyasi qüvvələrin məqsədi böyük güclərlə birləşib rəyasəti ələ keçirməkdən ibarətdir. Lakin biz bunun da əleyhinəyik. Kimlərsə ABŞ-ın yanında yer almaqla uğur qazanmaq istəyirlər. Lakin xalqın gözü tərəzidir və həqiqəti tezliklə aşkar edəcək.”

Xalq rifahı və əmniyyəti üçün gecə gündüz çalışmağın zəruri olduğunu bildirən Rövşən Əhmədli, ”zindanda olan mübariz qardaşlarımızın və silahdaşlarımızın mübarizə sədasına cavab gəlməlidir. Cəmiyyətdə kimlərsə islamçı, sağçı, solçu, adlandırmaq bölücülük işləri görülür. Bu hər bir halda yol verilməzdir”, - deyə bildirdi: “Azərbaycanda keçirilən seçkilər həmişə saxta olub. Ölkədə islamçıları siyasi qüvvə kimi görmək istəmirlər. Hamı çalışır ki, islamçıları onların yanında olan bir qüvvə kimi cəmiyyətə təqdim etsin. Lakin heç vaxt öz istəklərinə nail ola bilməyəcəklər.”

Sonda Rövşən bəy qeyd etdi ki, əgər bu il keçiriləcək seçkilərdə müsbət nəticə əldə olunmasa, hətta zindan belə xalqın dadına çatmayacaq: ”Bütün problemlərin, xüsusi ilə Qarabağ münaqişəsinin həlli və taleyi bu il keçiriləcək seçkilərdən asılı olacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60703

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60308

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 14:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru