Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2013
16:49
Azərbaycan və Türkiyə arasında hərbi bəyannamə imzalanıb
Səfər Əbiyevlə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb. Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.

Görüşdən öncə Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər, sonra Türkiyə Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

Müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyədəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.

Sonda nazir Səfər Əbiyev Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gedəcək və ulu öndərin abidəsi önünə əklil qoyacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13652

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12312

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13725

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13314

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18674

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13178

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru