Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2012
11:44
Əli Abbasov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Türkiyə ilə informasiya texnologiyaları sahəsində əməkdaşlığı daha da genişləndirəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşüb. Ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində yüksək əməkdaşlığın qurulduğunu qeyd edən nazir Əli Abbasov, bu münasibətlərin ölkə iqtisadiyyatında xüsusi yer tutduğunu, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini ifadə edib.

Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan səfir İsmail Alper Coşkun layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini vurğulayıb: “Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsi “Türk Telekom”un da marağındadır. Gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərmək niyyətindədir”. Səfir həmçinin cari il ərzində Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun, “BakuTel-2012” İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladan nazir də öz növbəsində bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61375

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65985

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60258

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60484
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 15:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru