Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2012
17:24
Daxili İşlər Nazirliyi jurnalistin döyülmədiyini deyir
Bu barədə DİN-in şöbə rəisi Orxan Mansurzadə açıqlama verib

14.12.2012-ci il tarixində Faktxeber.com-da "Jurnalistin cinayət işi üzrə istintaq başa çatıb" başlıqlı yazıda Masallı rayon sakini, "xeber44.com" saytının baş redaktoru Araz Quliyevin vəkili Fariz Namazlının müdafiə etdiyi şəxsin Masallı RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat dərc olunmuşdu.
Sözügedən xəbərlə əlaqədar bu gün DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə FaktXeber.com-a açıqlama verib. Mansurzadə bildirib ki, jurnalistin döyülərək ona xəsarət yetirilməsi barədə söylədikləri əsassızdır və həqiqətdən uzaqdır: “Əslində Araz Quliyev də daxil olmaqla bir qrup şəxs sentyabrın 8-də Masallıda beynəlxalq folklor festivalı ilə bağlı keçirilən tədbiri pozmağa cəhd göstərib, bu zaman onlar 2 həmyerlilərinə və 1 polis əməkdaşına xəsarət yetirib, 1 xidməti avtomobilin şüşəsi sındırıblar. Faktla bağlı prokurorluq tərəfindən CM-in müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Araz Quliyev

Bəzi KİV-lərə istintaqın başa çatması ilə əlaqədar müdafiə xarakterli açıqlamalar verən vəkil diqqəti özünə və müvəkkili olduğu şəxsə yönəltməyə, ictimai rəydə Araz Quliyevin guya günahsız şəxs obrazını yaratmağa cəhd etdiyi üçün o, heç bir məntiqi və hüquqi əsası olmayan məlumatlar yaymaqla məşğuldur. Bu məsələdə İşgəncələr Əleyhinə Milli Komitənin rəhbəri Elçin Behbudovun adından da sui-istifadə edən vəkil, hətta onu müdafiə etdiyi şəxslə əlaqədar DİN-ə göndərdiyi müraciətin nəticəsi ilə maraqlanmamaqda da qınayır. Məlumat üçün bildirirəm ki, İşgəncələr Əleyhinə Milli Komitənin rəhbəri Elçin Behbudovun sözügedən məsələ ilə bağlı DİN-ə ünvanladığı müraciətdə göstərdiyi xüsusatlar Nazirliyin müvafiq idarəsi tərəfindən yoxlanılıb, Araz Quliyevin polis əməkdaşları tərəfindən guya döyülərək ona xəsarət yetirilməsi barədə iddialar öz təsdiqini tapmayıb. Bu barədə isə vəkil tərəfindən məqsədyönlü şəkildə dezinformasiyaların yayılması isə gündəmdə qalmağa xidmət edir və qərəzlidir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
140

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
210

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
225

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
399

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 10:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru