Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2012
15:31
İrəvanda dünya birinciliyi start götürdü
Azərbaycan milli komandası turnirdə 7 idmançı ilə təmsil olunur

FaktXeber.com-un verdiyi məlumata görə, Ermənistanın paytaxtı İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Karen Dəmirçiyan adına İdman-Konsert Komleksində keçirilən yarışda 71 ölkənin 406 boksçusu mübarizə aparır. Azərbaycan milli komandası turnirdə 7 idmançı ilə təmsil olunur. 52 kq çəki dərəcəsinda yarışan Tural Əhmədov ilk döyüşünü noyabrın 30-da norveçli Hadi Sroura qarşı keçirəcək. Nəsrəddin Məmmədov (56 kq) ilk döyüşdəcə Ermənistan nümayəndəsi ilə qarşı-qarşıya gələcək. Onun rəqibi Taron Soghomonyan olacaq. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov ilk döyüşünə dekabrın 1-də çıxacaq. Boksçumuz Deepak Tanvar (Hindistan) – Hikaru Okişima (Yaponiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Saqi Salehli (69 kq) ilk döyüşünü dekabrın 1-də keçirəcək. Milli komandamızın üzvü ukraynalı Artyom Solovyovla qarşılaşacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mayıllını da dekabrın 1-də izləyə bilərik. Həmyerlimiz ya avstraliyalı Cohn Travers, ya da tacikistanlı Avazbek Qurbanboyevlə üz-üzə gələcək. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov dünya birinciliyində noyabrın 30-da debüt edəcək. Boksçumuzun rəqibi gürcüstanlı Aleksandr Dovkvadze olacaq. Rahil Məmmədli (91 kq) ilk görüşünü noyabrın 30-da Puerto Riko boksçusu Sahret Delgadoya qarşı keçirəcək.


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43351

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41623

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43280

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42737

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48254

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42798

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43234
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 09:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru