
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXeber.com-a verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham olunan 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Bayram Xudaverdiyevin 2 il şərti olaraq azadlıqdan məhrum olunması və məhkəmə zalından azadlığa buraxılmasına dair hökm çıxarılması barədə informasiyalar yayılıb.
Bununla əlaqədar bildiririk ki, tərəfimizdən məlumat verildiyi kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 9 saylı TSEK-in sədri Bayram Xudaverdiyev xidməti otağında əlillik dərəcəsinin təyin edilməsi üçün Bakı şəhər sakinindən 3.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Həmin fakta görə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanaraq Bayram Xudaverdiyevə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 5 noyabr 2012-ci il tarixli hökmünə əsasən B.Xudaverdiyevə 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
B.Xudaverdiyev ixtisaslı cərrahi müdaxiləyə ehtiyacı olan və cərrahi müdaxilə həyata keçirilməyəcəyi təqdirdə arzuolunmaz sonluqla, yəni ölümlə nəticələnə biləcək ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, aortanın nəzərə çarpan aterosklerozu, kökün genişlənməsi, tac damarlarının çoxsaylı stenozlaşdırıcı aterosklerozu, mitral qapağın hər iki tayının dərəcə çatışmazlığı ilə prolapsı, vertoblobazilyar çatışmazlıq və sair ağır xəstəliklərlərdən əziyyət çəkdiyindən və cəzanı yüngülləşdirən digər hallar mövcud olduğundan məhkəmə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 2 il sınaq müddəti müəyyən olunmaqla həmin cəzanın şərti olaraq təyin edilməsi haqqında qərar çıxarılıb. Həmçinin, məhkəmə tərəfindən müvafiq dövlət orqanına B.Xudaverdiyev üzərində nəzarətin həyata keçirilməsi vəzifəsi də həvalə edilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi