Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2010
16:24
İmişlidə avtobus sərnişinlərlə birlikdə evakuatora qoyulub
Sərnişinlər etiraz əlaməti olaraq avtobusdan düşməyiblər

Bu gün Azərbaycanın İmişli rayonu istiqamətində sərnişindaşıma ilə məşğul olan Anar Süleymanov nəqliyyat müfəttişləri tərəfindən saxlanılıb. ANS TV-nin məlumatına görə, sürücünün sənədləri yoxlanılan zaman məlum olub ki, onun fəaliyyətinə rəsmi olaraq icazə yoxdur və o, yoluna davam edə bilməz.

Bunu görən nəqliyyat müfəttişləri mikroavtobusu 14 sərnişini ilə birgə evakuatora qoyaraq cərimə meydançasına aparıblar. Cərimə meydançasında məlum olub ki, sürücünün sərnişinləri Cəbrayıldan olan məcburi köçkünlərdir və onlar Biləsuvar ərazisindəki məcburi köçkün şəhərciyində qonşuluqda yaşayırlar. Bu səbəbdən də dar məqamda qonşularını tək buraxmayaraq evakuatorla olsa belə sürücü ilə cərimə meydançasına gəliblər.

Sürücü Anar Süleymanov ANS-ə müsahibəsində bildirib ki, 4 ildir sərnişindaşıma ilə məşğuldur. Sürücü vaxtlı-vaxtında vergi verdiyini desə də, bu günədək lisenziyasız fəaliyyət göstərdiyini etiraf edib.

“Mən fəaliyyətim müqabilində hər ay 150 manat pul ödəyirəm və bundan lazımi şəxslərin hamısının xəbəri var”, deyə Anar Süleymanov qeyd edib.

Avtonəqliyyatservis Departamentinin nəzarət xidmətinin müfəttişi Mirdamət Şıxəliyev isə bildirib ki, sürücü sərnişindaşıma ilə yalnız lazımi sənədləri əldə etdikdən sonra məşğul ola bilər.

“Hazırda onun sürücülük vəsiqəsindən savayı digər bir sənədi olmadığından, mikroavtobusu burda qalmalıdır”, deyə M. Şıxəliyev qeyd edib.

Bookmark and Share
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43381

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41658

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43301

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42757

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48279

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42818

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 16:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru