Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Aqil Mehdi

05 Oktyabr

2016
446
Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu

ABŞ rəhbərliyi Azərbaycanın işğal altında olan torpaqları barədə mövqeyini ortaya qoyub. TASS agentliyinin yazdığına görə, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi  8-ci illik forumunda çıxış edərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.

O bildirib ki, müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə və onların nizamlanması hazırda mümkünsüz görünür. "Çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.

Maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ 25 ildir işğal altında olan, 20 ildir atəşkəs rejimi tətbiq edilən Qarabağda münaqişənin həlli üçün şəraitin nə zaman yaranacağını düşünür? Bütün dünyanın Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Qarabağdan ermənilərə, daha doğrusu Ermənistana "çıx" demək bu qədərmi çətindir ABŞ üçün? Azərbaycan rəsmi şəkildə Prezident səviyyəsində öz mövqeyini ilk gündən ortaya qoyub və qeyd şərtsiz olaraq torpaqlarının boşaldılmasını tələb edir. Ermənistan isə 25 ildir işğalçılıq siyasətindən əl çəkmir. Burada, "liderlər buna hazır deyillər" söyləmək ikiüzlü siyasətin təzahürü kimi görünmürmü? Bəlkə Kerri, "liderlər buna hazır deyillər" söyləməklə Azərbaycanı nəzərdə tutur, yəni Azərbaycanın geri addım atacağını, Ermənistana güzəştə gedəcəyini düşünür? Əgər bu cür düşünürsə, təəccüblü deyil. Çünki tarixi boyu ancaq işğalçılıq siyasəti həyata keçirən bir dövlətin rəhbərliyi heç zaman haqlının tərəfində ola bilməz. Haqlının tərəfində olmaq üçün ABŞ gərək birinci özü işğal etdiyi torpaqlardan çəkilə, ondan sonra işğalçı Ermənistandan tələb edə.

Kerrinin Qarabağla bağlı fikirlərinin ardınca söylədiyi sözlər də onun işağlının tərəfində olduğuna daha bir sübutdur.

“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib.

nsanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə" sözləri nə deməkdir? Yəni 65 ildir işğal altında olan Fələstində qalan fəlsətinlilər də qərar qəbul edib, oranı tərk etməli və doğma torpaqlarını İsrailə verməlidirlər, hər şeyi unutmalıdırlar.

Bu siyahını uzatmaq da olar. Misal üçün Suriyada Bəşşar Əsəd  güzəştə gedib, ölkəsini İŞİD terrorçularına verməlidirlər. Eləcə də İraqda hökumət geri durmalıdır, ABŞ da ölkəni 3 yerə bölməlidir. Liviyadan danışmağa dəyməz, oranı artıq ABŞ, Fransa, İngiltərə üçlüyü məhv ediblər. Əfqanıstan elə, Yəmən belə. Harada Amerikanın barmağı görünür, orada münaqişə var, işğal var.

Bəlkə elə deyil? Bəlkə kimsə Amerikanın hansısa münaqişəni indiyə kimi həll etdiyini görüb? Ola bilsin həll edib, amma münaqişə tərəflərdən birini hökmən öz caynağına keçirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru