- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
Sentyabrda, yəni 4 aydan sonra düz 20 il olacaq ki, Bakı şəhərində yaşayıram. Çox qəribədir ki, bu 20 ildə heç zaman böyüyüb boya-baş çatdığım Tovuz üçün darıxmamışam. Tələbəlik illərində kənddən birgə gəldiyim dostlarım vaxt tapan kimi - semestr arası, bayramlarda rayona qaçsalar da, darıxdıqlarını desələr də, bu hiss mənə yad idi. Elə ilk günlərdən paytaxt Bakının ab-havasına alışmışdım, özümü Tovuzdakı kimi hiss edirdim. Niyəsini özüm də bilmirdim. Tətil vaxtlarında isə sadəcə 1 həftəlik rayonda olurdum. Bəlkə də buna, yəni darıxmamağıma səbəb Bakıya gəldiyim vaxtdan işləməyim olub.
Amma indi, Tovuz üçün darıxmağa başlamışam. Baxmayaraq ki, 35 yaşımda bilmişəm Tovuza da Qarabağdan – Şuşadan köçdüyümüzü.
Tovuz üçün darıxmağıma səbəb isə bu yaxınlarda babamdan eşitdiyim bir söhbət oldu.
Nənəm ötən ilin dekabrında rəhmətə getdikdən sonra dayım babamı Bakıya, yanına gətirməyə qərar verdi. Amma elə də asan olmadı.
İlk öncə xalalarım qoşuldu işə. Təxminən 2 həftənin sonunda danışıqlar prosesinin müsbət məcraya yönəlmədiyinin şahidi olduq. Babam heç yerə getməyəcəyini, elə 90 yaşına kimi yaşadığı evdə qalacağını söylədi. İş qaldı evin sonbeşiyi olan anama. Bir həftə də anam apardı danışıqları. Və nəticə uğurlu oldu; babam gəlməyə razılaşdı.
Bütün məsələ də bundan sonra başladı.
Babam gəlişinin 3-cü günündə şəhər evlərini “quş damı” adlandırdı. Dedi, “yazığım gəlir şəhər camaatına”. Həftə başa çatanda isə dedi “gedirəm”. Dayım, “darıxır, tez-tez zəng vurub danışın”, - dedi. Bu da işə yaramadı. Dayım evə internet çəkdirib, babamı Ukraynada yaşayan dayımla, Arxangelskdə yaşayan xalam qızı ilə skayp vasitəsi ilə 2-3 gündən bir danışdırmaqla problemi yoluna qoymağa cəhdlər göstərdi, amma heç bir şey nəticə vermədi.
Və babam danışdığı ibrətamiz məsəllə hər kəsə dərs verdi.
Məsəl isə belə idi:
“Bir gün şah təbiətdən çoxlu sayda quş tutaraq sarayının bağçasına gətirdir. Onların hər birini ayrı-ayrı böyük qəfəslərə salır və hər gün səhər-axşam onların tamaşasına gəlir. Bütün quşlar oxuyur, oynayırdı, sadəcə birindən başqa. O quş isə bütün gün sadəcə “vətən-vətən” deyirmiş. Şah bu işdən çox təəccüblənir. Quşu vətənindən heç yerə aparmadığını, sadəcə yaxın bir məsafəyə - öz bağına gətirdiyini fikirləşir. Axır bir gün bağbana quşu açıb buraxmağı tapşırır. Özü də ata minib hazır gözləyir ki, görsün bu quş “vətən-vətən” deyərək hara uçacaq. Amma gözləntisinə rəğmən, quş heç yerə uçmur. Qəfəsdən çıxıb, yaxınlıqdakı ağaca qonur və başlayır şən-şən oxumağa.”
Babam bunu danışıb dedi ki, “mənim də vətənim kənddəki ağacların altıdır. Bura qəfəsdir. Aparın mənim öz evimə.”
Bax belə. Babam 1 ay tamam olmamış qayıtdı geri. O gündən mən də darıxmağa başlamışam. Elə bəhanə axtarıram Tovuza gedib heç olmasa 3-4 gün qalmağa. Hələ heç yuxuda da görmədiyim Şuşanı demirəm...
- 22-11-2018 Arxamızca bağlanan qapılar
- 08-11-2018 Sarı yarpaqlı, sərin yağışlı payız
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər