ABŞ prezidenti insan haqlarından, demokratiyadan dəm vuran çıxışında uşaqların bombalanmasına haqq qazandırdı
ABŞ prezidenti Barak Obama terrorla mübarizə strategiyalarına dair açıqlamasında "bizim müharibəmiz İslamla deyil", - söyləyib.
FaktXəbər-in məlumatına görə, Milli Müdafiə Universitetində ABŞ-ın terrorizmlə əlaqədar gələcəkdəki mübarizə strategiyası ilə əlaqədar danışan Obama, Əl-Qaidə, Taliban və onlarla əlaqəli olan qüvvələrlə müharibə apardıqlarını söyləyərək, çıxışına belə davam edib: "Üz-üzə qaldığımız terrorizm ümumi bir ideologiya ilə bəslənir. O da bəzi radikallar tərəfindən ortaya atılan, İslamın ABŞ və Qərblə razılaşmadığı inancıdır. Bu ideologiya bir yalana söykənir. ABŞ İslamla müharibədə vəziyyətində deyil və sözügedən ideologiya, terror hücumların ən sıx qurbanı olan müsəlmanların əksəriyyəti tərəfindən də rədd edilir."
Terrorla mübarizə strategiyalarını açıqlayan Obama, əvvəlcə Əl-Qaidənin və ona bağlı qüvvələrin məğlubiyyətə uğradılması işinin tamamlanması lazım olduğunu söyləyib.
Daha sonra pilotsuz təyyarələrin istifadəsi barədə danışan ABŞ prezidenti, "Əl-Qaidə bacardığı qədər çox amerikalı öldürmək istəyən bir terror təşkilatıdır. Pilotsuz təyyarələrin müharibədə istifadəsi ədalətli bir qərardır, biz özümüzü müdafiə edirik", - deyib.
Məsələnin maraqlı görünən tərəfi odur ki, ABŞ prezidenti açıqlamasında terrorla mübarizədə pilotsuz təyyarələrin istifadəsini ədalətli sayaraq, hər ay Əfqanıstanda, Pakistanda günahsız şəkildə bombalanan sadə vətəndaşların, uşaqların, qadınların kütləvi şəkildə qətlinə qanuni don geyindirir. Bəs harda qaldı insan haqları?
Maraqlıdır ki, Obama İslamla müharibə aparmadıqlarını iddia etsə də, ABŞ-ın təkcə son 10 ildə yürütdüyü siyasətə nəzər yetirdikdə həqiqəti görmək mümkündür. 11 Sentyabr terrorunda Mərkəzi Kəşfiyyat İdarəsinin əli olması danılmaz fakt kimi artıq ortaya qoyulub və bunun əksini isbata cəhd ağılsızlıqdır. Məhz planlaşdırılmış şəkildə həyata keçirilən bu terror aktından sonra ABŞ-ın Şərqə, Şərqin timsalında isə İslama qarşı ideoloji hücumları açıq müharibə səviyyəsinə keçdi. Uzun illər Səddam Hüseynin əsarəti altında olan İraq Amerikanın işğalı altına keçdikdən sonra məscidlərdə partlayışlar başladı, ziyarətgahlar dağıdıldı. Sünni adı ilə şiələrə, şiə adı ilə sünnilərə hücumlar həyata keçirildi ki, qarşılıqlı mübarizə başlasın.
Daha sonra Obama Əl-Qaidə və Talibanla mübarizə apardıqlarını, bu qruplaşmanın ideologiyasının yanlış olduğunu söyləyir. Amma nədənsə bu ideologiyanın qaynağı olan, maliyyə dayağı olan və Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı barədə danışmır. Məgər Obama bilmir ki, Əl-Qaidə və Talibanın başı Ərəbistanın maliyyəsinə bağlıdır? Əgər doğrudan da Əl-Qaidə ilə mübarizə aparırlarsa, bəs onda Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı müxalifət adıyla döyüşən Əl-Qaidə terrorçularına yardım edən, onların mübarizəsini dəstəkləyən, dəstək məqsədiylə konfranslar keçirən kimdir?
Bu sualların cavabını Obama bilir, amma yəqin güman edir ki, heç kəs bilmir. Çünki dünyanın aparıcı KİV-ləri onun söylədiyi fikirləri humanizm kimi, insanlığın qeydinə qalan dövlət başçısı kimi təqdim edirlər. Belə olmasaydı, Obamanın universitetdəki çıxışını bir neçə dəfə kəsən qadına, “söz azadlığıdır, sizin danışmaq haqqınız var, buyurun danışın, mən sizi dinləyirəm”, - deməsini qabardaraq, daha sonra “sizin fikirlərinizin bəzisinə qatılmasam da, demokratiya üçün bu cür fikirləri dinləmək lazımdır” fikirlərini geniş şəkildə yayımlamazdılar. Amerika doğrudan da demokratiyaya bu qədər önəm verirsə, bunu əməli ilə həyata keçirməlidir. Uzağa getmirəm, Qarabağın Azərbaycan torpaqları olduğu danılmaz faktdır, aksiomadır. Amma ABŞ-ın 907-ci düzəlişi, işğalçıya hər il milyonlarla dollar yardım etməsi, qondarma bir rejimə də yardım əlini uzatması, ATƏT-in Minsk Qrupu çərçivəsində həftə səkkiz mən doqquz regiona turist səfərinə çıxması, guya regionda təhlükəsizliyin regionda onun üçün hər şeydən üstün olmasını söyləməsi, amma altdan-altan neftimizi daşıyıb aparması göz önündədir.
Əgər doğrudan da hansısa ölkənin təhlükəsizlik onun üçün bu qədər önəmlidirsə, onda buyursun, çıxarsın qoşunlarını müsəlman ölkələrindən, qoy sabitlik təmin olunsun. Yoxsa, “İraqdan qoşunu çıxarmışam”, - deyə açıqlamalar tirajlayır, amma ABŞ-ın İraqdakı səfirliyində 22 min nəfərdən ibarət heyətin nə işlə məşğul olduğun söyləmir.
Qısası, ABŞ “İslamla” yox, məhz İslamla müharibə aparır. Yoxsa, İslamın Konstitusiyasını - Qurani-Kərimi təhqir edərək yandıranı, Peyğəmbərə ləkə atmaq istəyənləri “söz azadlığı” adıyla müdafiəyə qalxmazdı.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...