Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

18 Dekabr

2012
2516
Mavi dalğalar

Dekabrın 2-də Bakıda Dalğa Gənclər Hərəkatının layihəsi olan “Demokratiya Məktəbi”nin açıq dərsi keçiriləcək. Açıq dərsin mövzusu LGBT-nin (Lezbi, gey, Biseksual, transseksual) hüqüqlarının, azadlıqların qorunması və təmin olunmasıyla bağlı olacaq. Bu xəbəri eşidən hər bir şəxs kimi mən də təəccübləndim. Əslində buna təəccüb hissi də demək olmazdı. Çünki insan o vaxt təəccüblənir ki, gözləmədiyi və ummadığı yerdən qeyri-adi addım görür. Lakin özünü “Dalğa”çı adlandıran şəxslərin belə fəaliyytlə məşğul olması, heç də qeyri-adi hal deyil. Çünki daim Azərbaycanın milli-mənəvi və əxlaq prinsiplərinə qarşı çıxan bu insanlar hər addımları, çıxışları və tədbirlərində İslam əleyhinə fikirlər səsləndiriblər. Maraqlıdır ki, etdikləri hərəkətləri demokratiya ilə əlaqələndirən “Dalğa”çılar özlərini müasir, kənardakıları isə geridə qalmış kimi göstərməyə çalışırlar. 

Sabah keçiriləcək yığıncaqla bağlı dərin düşünsək, bəzi məqamlara aydınlıq gətirmiş olarıq. Ən primitiv olan budur ki, ölkədə bu qədər problemin varlığını bildiyimiz halda, hansısa homoseksualın hüquqlarını müdafiə etmək kimə və nəyə lazımdır? Nə üçün Azərbayacanda kimlərsə bilərəkdən lezbi, gey, biseksual və transseksualların olmayan hüquqlarını gündəmə gətirirlər? Bu suallara cavab tapmaqla tədbirin kimlər tərəfindən və nə üçün keçirildiyini anlamaq elə də çətin deyil. Əvvəla Azərbaycanda homoseksualların hüquqlarını müdafiə edəcəyi ilə bağlı boynuna öhdəlik götürən bir təşkilat və ya sədr tapmaq mümkün deyil. Heç kim bu cür əxlaqsız və iyrənc görkəmdə olan şəxsləri müdafiə etməyi özünə sığışdıra bilmir. Çünki onların müdafiəsi gələcəkdə özünün və yaxınlarının elə bu xəstəliyə düçar olmasına böyük təkan verə bilər. Bir də ki, homoseksualı müdafiə etmək nəyə gərəkdir, bu xəstəlik daşıyıcılarını sadəcə müalicə etmək lazımdır. Əgər homoseksualların hüquqularını Azərbayacanda müdafiə edəcək heç kim yoxdursa (“Dalğa"çılardan başqa), onda belə çıxır ki, bu məsələni gündəmə gətirən hansısa xarici ölkədir. Xarici ölkəri çox saymayaraq bir neçə dövlətin adını çəkmək olar  ki, onlar Azərbaycanda homoseksualların durumundan narahatdır. Bunlardan birinci isə okeanın o tayında yerləşən ABŞ-dır. Yəni ABŞ Azərbaycanda gənclərin homoseksual istiqamətə sürüklənməsi üçün müxtəlif qrantlar ayıraraq ölkəmizdə “insan hüquqları” adı altında bu tip tədibirlər keçirir. Dolayısı ilə ABŞ-dakı homoseksual mühit “Dalğa”çıların vasitəsiylə Azərbayacana gətirilir. 

 

Onların haqlarını qorumaq və müdafiə etmək hər halda geylərin və lezbilərin çoxalması ilə nəticələnə bilər. Bəs bunu bildikləri halda, “Dalğa”çılar niyə belə bir addım atırlar. Məgər hansısa qrant hesabına cəmiyyətini homoseksuallara qurban verməyə dəyərmi? 

 

Sonda köhnə kişilərin bir misalını çəkmək istəyirəm ki, bəlkə bu homoseksual və onların hüquqlarını qoruyan şəxslərə təsir edər. Qədimdəkilər o vaxt “Ac ol, amma kişi ol” mesajını verməklə özündən sonrakılara bildirmək istəyib ki, özünüzü heç nəyə və heç kimə satmayın ki, kişiliyiniz elə özünüzdə qalsın.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com