Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
HİCABA HÖRMƏT EDƏK
Əşi belə də dərd olar? Təhsil Nazirliyinin işçiləri artıq aksiyaya müşahidə etməkdən təngə gəlib. Nazirliyinin işçiləri az qala ayda bir dəfə aksiya həyəcanı yaşamaq məcburiyyətində qalır. Bu işçilər bilmir Azərbaycanın dinamik inkişaf edən təhsili ilə maraqlansın, yoxsa aksiyalar zamanı həyəcanlanmaqdan özünü qorusun. Yaxşı bu aksiyaların keçirilməsinə səbəb nədir? Əlbəttə ki, orta məktəblərdə şagirdlərin təhsil ocaqlarına hicablı formada daxil olmasına tətbiq olunan qadağa. Artıq iki ildir ki, ölkədə inanclı təbəqə sərbəst və qanuni şəkildə hicablı formada təhsil ocaqlarına daxil ola bilmir. Buna səbəb isə Təhsil Nazirliyimizin hicablı şagirdlər barəsində çıxardığı qeyri-rəsmi qərardır.
Yəqin ki, bu gün hamı Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyanı izləyib. Orda baş verən qarşıdurmadan hamı xəbər tutub. Bir-birinə qarşı amansız mübarizə aparan inanclı təbəqə ilə asayişi qoruyan polis əməkdaşları, sanki müharibə vəziyyətində olan ölkələrin vətəndaşlarıydı. Anlamaq olmur ki, eyni ölkənin, vətənin və torpağın balaları olan şəxslər bir-birinə qarşı nə üçün belə aqressiya nümayiş elətdirirlər? Niyə həmvətənlərimiz bir-birinə qarşı təhqiramiz ifadə işlədir və xəsarət yetirir. Müharibə şəraitində olan Azərbaycan üçün bu nə qədər gərəklidir?
Problemin kökünü fikirləşdikdə, ilk ağıla gələn hicaba qoyulan qadağanın ləğvidir. Niyə bir qadağaya görə, vətəndaşlarımız bir-biri ilə üz-üzə qoyulur? Görən bu məsələdə maraqlı olan kimlərdir? Kim istəyir ki, azərbaycanlılar bir-biri ilə, elə ölkənin içindəcə qarşıdurmaya girsin? Bu suallar cavab tapsaq, çox problemi həll etmək olar. Problemlərin açarı elə bu sualların cavablanmasından keçir.
Sonda bütün Azərbaycan ictimaiyyətini qadınlara vacib etdiyi hicaba hörmət etməyə, onu aşağılamaqdan çəkinməyə və ən əsası bunu özünə dəyər bilən insanlara qarşı anlayışlı olmağa dəvət edirəm. Yəqin dövlətimiz artıq neçə ildir vətəndaşlarımızı bir-birinə vuran hicab probleminin həllində hansısa addımlar atar. Çünki bu addımların atılmağının artıq vaxtı çatıb. Hər halda, hadisələr onu göstərir ki, bundan sonra qadağanın davam etməsi daha böyük qarşıdurmaların yaranmasına və ölkə vətəndaşlarını parçalama sövq edəcək.

Bölmənin digər xəbərləri
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan