Ölkədə hər gün izlədiyim bir neçə nazirlik saytı var ki, onların da başında Fövqəladə Hallar Nazirliyinin saytının gəldiyini desəm, səhv etmərəm. Gün ərzində baş verən hadisələrə diqqət edirəm. Ən çox diqqətimi çəkən isə liftdə qalanlardır. Çünki bir dəfə - Bakıda baş verən güclü zəlzələ zamanı özüm də liftdə qalmışam. Təsəvvür edin ki, liftdə qalanlarla bağlı nazirliyin 112 xidmətinə 1-10 aprel tarixlərində müraciət edənlərin sayı ən azı 20 nəfərdir. Və bu müraciətlərin əksəriyyətində də liftin texniki nasazlıq üzündən içində adam qaldığı məlum olur. Təbii ki, bu müraciətlərə baxmayaraq, lift idarəsi ilə əlaqə saxlasaz, hər şeydən danışacaqlar, amma liftlərə niyə heç olmasa ayda bir dəfə texniki baxış etmədikləri ilə bağlı suala cavab verməyəcəklər.
Keçən sözün məmmədalısına. Demək bu gün səhər evin balacasını dərsə apararkən, onun hazırladığı maketin evdə qaldığını binanın həyətinə çatarkən fərq etdik. "Qalsın, sabah apararsan", - dedim, amma bu gün müəllimin soruşacağını deyib, geri qayıtdı. Dünən axşamdan yeri-göyü titrədən liftin səs-küyünə baxmayaraq, liftlə qayıdası oldu. Təxminən 5 dəqiqə gözlədim, amma balacadan səs-soraq yox idi. Bu vaxt həyətə düşən qonşu, "deyəsən sizin uşaq liftdə qalıb". - dedi. Təsəvvür edin, çiynimdə Misir Mərdanovun Azərbaycan uşaqlarının qəddini əyən ağır dərs kitabları ilə dolu çanta yaxınlaşıram liftə. Birinci mərtəbədən çağırıram: "Leyla, burdasan?". Səs gəlmir. Və paralel olaraq FHN-nin 112 xidmətinə zəng vururam. Dəstəyi götürən xanıma filan ünvanında liftdə uşaq qaldığını söyləyirəm. Pilləkənlə qalxıram 5-ci mərtəbəyə. Yenə soruşuram: "Leyla, burdasan?" Səs gəlmir. 112 xidmətindəki növbətçi xanımla da danışığım dayanmayıb. O, məndən soruşub anket doldurur: adınız, soyadınız, yaşadığınız ünvan, telefon nömrəsi, hadisə baş verən ünvan, blokun nömrəsi, uşağın qaldığı mərtəbənin nömrəsi, binanın yaxınlığında nə var, hansı rayonun ərazisidir... Və bu sualları cavablandıra-cavablandıra, təngnəfəs, kitablarla birlikdə qalxıram 7-ci mərtəbəyə, "Leyla, burdasan" soruşuram. Səs gəlir, "burdayam" deyir. Operator xanım isə bir ucdan soruşur. Yadımda deyil, deyəsən artıq, sonuncu dəfə mobil telefona yüklədiyim kartın seriya nömrəsini soruşurdu. Və telefonun qırmızı düyməsini basıram. Amma xanım israrla danışmaq istəyir. Özü zəng vurur. "Qardaş, bilirəm, valideynsiz, həyəcanlısız, amma biz bunları soruşmalıyıq", - deyir. Və mən də sual edirəm ki, bu necə xilasetmə xidmətidir ki, söylədiyim ünvanın yaxınlığında hələ bir nə olduğunu, söylədiyim prospektin hansı rayona aid olduğunu və sair soruşur?
Maraqlıdır, görəsən biri zəng edib, "filan küçəyə bomba qoyulub" desə, ondan da sorğu-sual edib küçənin harada yeləşdiyini, bombanın hansı daşın altına qoyulduğunu soruşacaqlar, yoxsa əllərinin altında olan kompüterdə dərhal yazıb həmin küçənin hansı əraziyə aid olduğuna baxacaqlar?
Nə isə, operatorun sonuncu sualına cavab verməyərək, ona sadəcə olaraq, "sizin köməyinizə ehtiyac qalmadı, qonşuların köməyi ilə uşağı liftdən çıxardıq", - dedim.
Və qərara aldım ki, işə çatan kimi lift idarəsinə zəng vurub deyim, gəlib bu zəhirmara qalmış liftə əncam çəksinlər. Amma çifayda. Gün ərzində lift idarəsindən zənglərimə cavab verən olmadı, yəqin ki, əl-ələ verib mikrorayon tikməyə gediblərmiş. Axşam yorulanda isə yollarını bizim binadan salıblar. Gəlib bir qədər qurdalanıblar sonra da qonşulara deyiblər ki, "liftin təmiri üçün 150 manat yığın gəlib düzəldək".
Səhərə kimi yata bilməmişəm. Fikirləşirəm ki, qonşularımız, yəni binanın ilk 8 mərtəbəsi 1 qəpik də verməyəcək ki, "bizə lift lazım deyil", elə liftdən istifadə üçün aylıq ödənişi də o cür edirlər. Yerdə qalır 2 mərtəbə və 4 qonşu. Qonşuların biri kirayədə qalanlardır, Amacinin qohumlarıdır, dillərini də bilmirik. Qaldı 3 qonşu və 150 manat pul. Amma söhbət bu 150 manatdan getmir, söhbət ondan gedir ki, milyardlarla büdcəsi olan bir ölkədə ki, lift xarab olanda onu vətəndaşın cibinin pulu ilə düzəldirlər, onda bu xaraba qalmış lift idarəsində 5-6 mexanik, müdir, müdir müavini saxlayıb dövlətin büdcəsini niyə dağıdırlar? Elə o mexaniklərin birinin adını yazsınlar liftin divarına, biz də lift xarab olanda o yetimi çağıraq, liftimizi düzəltdirək, cibinə də 5-10 manat pul qoyaq. O da dua edib getsin. Elə bu qədər.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...