Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

01 İyun

2011
1483
İBNİ FAZİL KİMDİR?
Bu günlərdə bir məqlə hazırladım - "Qərbi Qərb edən İslam alimləri" adında. Məqalədə çox ciddi iddialar var idi ki, orada adları hallandırılan İslam alimlərinin kəşflərinin xaçlı hücumları zamanı oğurlandığı, daha sonra isə onların avropalı alimlərin adına yazılmasıdır. Oxucular bu haqda daha geniş məlumat verilməsini, həmin İslam alimlərinin kimliyi barədə ətraflı danışılmasını istəyirlər. Elə bu məqsədlə də bəzi araşdırmalar aparılmasını zəruri hesab etdim və bacardığım qədər həmin şəxslər barədə yazmağı qərara aldım.

İbni Fazil 739 - 805-ci illər arasında yaşamış bir alimdir. 12 əsr əvvəl ilk kağız fabrikini quran vəzirdir.
Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya ibn Fazil və ya sadəcə əl-Fazil adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb.
Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib.
İbni Fazil, Harun xəlifə olunca vəzirliyə gətirilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi İmperatorluğuna böyük xidmətlər göstərib.

ƏN BÖYÜK XİDMƏTİ

İbni Fazilin heç şübhəsiz ən böyük xidməti, dünya tarixində ilk dəfə kağız fabrikini qurmasıdır. Gutenbergin 1450-ci ildə mətbəəni yaratmasına ilham verəcək kağız fabrikini 794-cü ildə Bağdadda qurub.
Bu kağız fabrikinin yaradılması isə bütün dünyada yeni bir dövrün başlanğıcı olub.

KAĞIZI ÇİNLİLƏRMİ İCAD EDİB?

Bəzi qaynaqlarda kağızın ilk dəfə 105-ci ildə Çində tapıdığı yazılıdır. Hətta daha əvvəl Şumerlərdə lövhə deyilən kərpic, misirlilərdə qamışdan hazırlanmış papirus və Yaxın Şərqdə dəridən hazırlanan perqamentə rast gəlindiyi bildirilir. Lakin bunların heç biri az tapılmasına və çox bahalı olmasına görə yayılmayıb. Buna görə də İslamiyyətin yaranmasına qədər insanlar düşündüyünü və bildiyini doğru-dürüst yazmaqdan məhrum olub.

Ancaq 751-ci ildə, Səmərqənddə yaşayan müsəlmanlar, çinlilərlə əlaqə yaradıblar. Onlardan kağız istehsalını öyrəniblər. Onların heç cür inkişaf etdirə bilmədikləri və yaya bilmədikləri kağız sənayesini canlandırıblar. Çinlilər kimi yalnız ipək baramasından deyil, kətan və pambıq lifindən zərif və ağ kağızlar emal ediblər və bunu yaymağa başlayıblar.

Xəlifə Mənsur (754-755) da bu vaxt dövlət idarələrində Misirdən idxal olunan papirusun istifadəsini qadağan edir, yerinə müsəlmanların gətirdiyi və inkişaf etdirdiyi pambıqdan hazırlanan ucuz kağızdan istifadəni əmr edir.

Daha sonra vəzir İbni Fazil də kağızı daha ucuz hazırlamaq və elmin yayılmasına yardım etmək məqsədiylə 794-cü ildə ilk kağız fabrikini yaradıb.

Nə çinlilərin ipəkdən hazırladığı kağızı, nə misirlilərin papirusu, nə qədim anadoluluların perqamenti, nə şumerlərin kərpici, yeni icad edilən bu kağız qarşısında duruş gətirə bilmədi.

Hətta bu barədə fransız filosofu Gustav le Bon kağızın yeni bir mədəniyyət başlanğıcı olduğunu bildirərək belə söyləyir: "Perqamenti sıradan çıxarmış kitab kağızını müsəlmanlar icad ediblər. Əgər İslam mədəniyyətinin kitab, barıt və kompas kimi mirasları əlimizin altında olmasaydı, bizim intibah dövrünün necə bir şey olacağını göz önünə gətirməliyik."

Libri isə daha açıq danışır: "Tarixdən müsəlmanları silsəniz, elmi intibah əsrlərlə geridə qalmış olar."

İbni Fazilin bu müvəffəqiyyəti, kağız sənayesinin inkişafını təmin edib. Daha sonrakı illərdə Şamda və Liviyada kağız fabrikləri yaradılıb. Suriya, Misir, Tunis, Fas, İspaniya və nəhayət Avropa bir neçə əsr 1sonra bu qığılcımlardan faydalanıb.
Paris İslam İnstitutunun professorlarından olan Jacques Risler, "La Civilisaton Arabe" adlı əsərində, "İslamiyyətin Avropaya gətirdiyi ən xeyirli nemətlərdən birinin də kağız olduğuna şübhə yoxdur", - deyir. İlk kağız fabrikinin 794-cü ildə Bağdadda yaradıldığını söylədikdən sonra, onu 900-cü ildə Misirin istifadə etməyə başladığını, 1100-cü ildə Fasa keçdiyini, Avropada həqiqi kağız üzərinə yazılan ən qədim sənədin Siciliya kralı Rogerin arvadı tərəfindən 1109-cu ildə yazıldığını bildirir.

Elm tarixi araşdırıcısı Will Durant da, "Mədəniyyət Tarixi" adlı əsərinin "İman Çağı" hissəsində, kağız fabrikinin 794-cü ildə ilk dəfə Harun ər-Rəşidin vəzirinin oğulu Fazil tərəfindən yaradıldığını bildirir. Avropaya keçidini də belə izah edir: "Kağız emalı metodu müsəlmanlar tərəfindən Siciliya və İspaniyaya gətirilib. Oradan Fransa və İtaliyaya keçib. Miladdan sonra 105-ci ildən etibarən Çində istifadə edildiyini gördüyümüz kağızı, 707-ci ildə Məkkə, 800-ci ildə Misir, 950-ci ildə İspaniya, 1100-ci ildə Bizans, 1102-ci ildə Siciliya, 1228-ci ildə Almaniya və 1309-ci ildə isə İngiltərəyə qədəm qoyub."

Kağızın emalı, elmin yayılmasını asanlaşdırdı. Bol bol kitablar yazıldı, kitabxanalar yaradıldı. Kağız fabrikinin yaradılmasından keçən yüz il ərzində isə təkcə Bağdadda yüzdən artıq kitab dükanı açılmışdı.
Şərhlər
SAMIR tərəfindən 22-09-2011 15:44:26 tarixində yazıldı
BARAKALLAH
Abbasi Ä°mperatorluÄŸunun????? XILAFAT YOX ?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 01:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru