Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

24 May

2009
1405
Məhvolma gəlib çatmadımı?!

Yazının I hissəsi
http://faktxeber.com/yazar_25_205_B601351601ri%20nizamlar305n%20sonu%20art305q%20yax305nla351305b%20I.html

Yazının II hissəsi
http://faktxeber.com/yazar_33_205_C601miyy601tl601rin%20601c601li.html

Yazının III hissəsi

http://faktxeber.com/yazar_35_205_199246k252351252n%20s601b601bi%20el601%20budur.html

"...Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? ...Bizi bağışla və bizə mərhəmət et. Sən bağışlayanların ən yaxşısısan." ("Əraf" surəsi, ayə 155) Filmlərdə müxtəlif təhlükə səhnələri, artıq yerini məhvolma səhnələrinə buraxır. İctimai həlak ssenariləri romanların və filmlərin təməl mövzusu kimi oldu. "Armagedon", "Altıncı element", "Sabahdan sonra" kimi filmlər, bir tərəfdən yaxınlaşan həlakın siqnallarını verərməkdəykən, digər tərəfdən, bu yaşayışın çıxmaz dalanını, yolun sonunun necə bir həlak olduğunun cəzasını da düşündürür, hətta virtual aləmdə də olsa, psixoloji olaraq qismən yaşadır. İnsanın qlobal istiləşmə, səhralaşma, buzlaşma kimi iqlim dəyişikliklərinə səbəb ola biləcək qlobal fitnə və fəsadlarının nəticələrini, Allah bilir, amma bu dövrün insanları da deyəsən dadacaq. Qərbin gedişi, texnologiyanın götürdüyü ölçü, sivilizasiya deyə təqdim edilən İslam xarici dünya görüşünün vəziyyəti, kütləvi qətllər paratoner kimi çəkilir. Qiyamət ssenariləri çatmır. Əslində qiyaməti, ətraf fəlakətlərinin gətirib çıxaracağı bir təbiət hadisəsi olaraq düşünmək, Qurani-Kərimdəki qiyamət hadisəsini təhrif etmək deməkdir. Bütün bunlarla birlikdə, Qiyaməti unudan, Qiyamət sonrasına hazırlaşmayan, hətta Qurandakı Qiyamət hadisəsini inkar edən insan, bunun dəhşətini istəməsə belə, indidən yaşayır. Siz necə düşünürsünüz, bu təhlükəli gediş tamamilə məhvə doğru deyilmi? Cəmiyyətlər indidən məhvi yaşamağa başlamadılarmı? Məhvolma gəlib çatmadımı?!

Fəlakət gəlib çatmamışdan əvvəl, açıq və ya bağlı bir şəkildə gələcəyini mütləq xəbər verər. "Sizə yetişən müsibətlər özünüzün qazandığınız gunahlara görədir və O, hələ onların çoxundan keçir." ("Şura" surəsi, ayə 30)

"...Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar" ("Şüara" surəsi, ayə 227).

Fəlakət çox vaxt gülə-gülə gəlir. "Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər." ("Hicr" surəsi ayə, 3).

Yaxında, çox yaxında!

Kafirləri vəkil edərək onlarla dost olmağın zərərini hələ dünyadaykən çəkməyə başlayır "müsəlmanam" deyən, amma qeyri-müsəlman kimi yaşayıb, başqalarının da elə yaşamasına səbəb olanlar. Amerika öskürəndə Orta Şərq qrip olur, digərilərində də bir qəribə hallar baş verir. Böhranın yalnız iqtisadi olduğunu düşünənlər, çox yaxında yanıldıqlarını görəcəklər. Çökən yalnız iqtisadiyyat deyil, bütünlüklə bəşəri nizamlardır. Komada ölümü gözləyən xəstəyə sarğı müalicəsi və ya makiyajla sağlam imici vermək istəyirlər. 20-ci əsrin əvvəlində müsəlmanlara verdikləri ünvanı bir əsr sonra Qərbə və xüsusi olaraq ABŞ-a qaytarırıq: "Xəstə Adam!" Həm də süni tənəffüslə zorla yaşadılmağa çalışılan, reanimasiyada olan ölümcül xəstə.

Gündəlik 4 milyard dollar xarici borc ödəmək məcburiyyətində olan bu dövlət, kölələşdirdiyi məzlumların qanıyla bəslənir. Neft şeyxlərinin və müsəlmanları ABŞ adına idarə edən zalım tağutların ABŞ banklarındakı petrodolarları və şəxsi(!) hesabları bu xəstənin skeletinə qan yığmış, ölüm müddətini gecikdirmiş olsa da, bu vəziyyət xəstənin canlanmasına çatmayacaq; xəstəyə qan verənlər də xəstədən yoluxduğu mikrobla eyni aqibətə uğrayacaq. Neft gəlirlərini xalqının rifahı üçün deyil, ABŞ banklarına yatırdan neft milyarderlərinin vəziyyəti necədir görəsən? Başda Səudiyyə Ərəbistanı olmaqla, Küveyt və körfəz ölkələri əmrləri, şeyxləri nə qədər dollar itirdilər deyə bilərsinizmi? Məndən soruşsanız, axirətdə itirəcəklərinin yanında, bu dünyadakı itkiləri heç də əhəmiyyət veriləcək qədər deyil. Yaşasın zalımlar üçün dünyada zillət və iztirab, axirətdə cəhənnəm!

"The End of History and the Last Man"

Çökmə başlayıb. Amma bu çöküşün ağrısı müdhiş olacaq. Daha bir-iki il əvvəl Fransada avtomobil yandıraraq qıyam edən əzilmiş gəncliyi xatırlayaq. Sanki kölələşdirilən zəncilərin qiyam qaldırdığı və özlərinə edilən zülm və istismarın hesabını soruşduğu günləri görən kimi oluram. Azğınların sonu, dünyada da çox pis olacaq, bu qətidir; amma o azğınların iziylə addımlayanlar da, onların aqibətinə uğraya bilərlər, bu da bir xəbərdarlıq...

Sovetlər Birliyi çökəndə ölkə kapitalistləşdi. ABŞ isə çökmə müddətinə girdi, o da kommunistləşir. Kapitalizmin qanunlarına zidd olmasına baxmayaraq, dövlət iqtisadiyyata müdaxilə edir, batmağa başlayan böyük şirkətlərə kömək edir, dünya səhnəsindən çəkilmiş və ümidi olmayan kommunizm fəlsəfəsindən mədəd umurlar. Qurtarma paketlərinin yanında bankçılıq sistemi sürətlə milliləşdirilir. Buna görə də, yalnız bazar üzərində deyil, cəmiyyətlər üzərində də hər sahədə dövlət nəzarəti sərtləşdirilir.

Amerikalı politoloq və iqtisadçı alim Françis Fukuyamanın 1992-ci ildə çapdan çıxan "The End of History and the Last Man" adlı kitabını, "Tarixin Sonu"nu xatırlayaq. Digər xalqlara nisbətdə, tarixi belə olmayan ABŞ-ın, xarab kompasıyla tarixin ideal sonunu göstərdiyini iddia edirdi Fukuyama. Qürurun hiyləgər zövqüylə sərxoş Fukuyamanın dediyini tərsindən oxuyub sözlərinin tam əksinəni doğru qəbul etdikdə, günümüzə işıq tutduğunu görürük. Tarixin deyil, öz sonlarının başlanğıcı artıq gizlin qlmayacaq hala gəlib. Nə deyirdi o kitab? İnsanlığın çata biləcəyi mədəniyyət zirvəsinin, ABŞ-ın təmsil etdiyi liberal demokratik sistem olduğunu söyləyirdi. Arxasında bu qədər gözyaşı, qan və zülm buraxan kapitalizm və liberalizmin insanlığın əsri səadəti olduğunu dilləndirməyə çalışırdı. Yalnız Soyuq Müharibənin bitib "döyüş sonrası tarix"ə (post-war history) keçilmədiyini, artıq insanlığın ideoloji təkamülünü də tamamladığını, beləcə "Qərbli Liberal Demokratiya"nın qloballaşaraq bütün insanlığın son rəhbərlik şəklinə çevrilməkdə olduğunu, bir başqa ifadəylə insanlığın ideoloji olaraq, bu kapitalist və liberalist dünya görüşüylə sona çatacağını, daha başqa bir mərhələnin olmayacağını azğın və müstəkbir havasıyla iddiadan da kənar qışqırırdı. Qürur onsuz da aldanmaq deməkdir; hər qürur sahibi əvvəl özünü aldadar. Öz batil nizamlarını, bu səbəbdən özlərini tanrılaşdıran bu nəzəriyyə bütü, çox qısa zamanda öz-özünə devrildi. Oğru Qərb və vəhşi Amerika, artıq istismar edəcək yeni afrikalar, qanı əmiləcək zənci və qırmızıdərililər tapa bilmədiyi üçün, şirin yuxuları kabusa döndü.

Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal edilmiş bir vəziyyətdədir

Başqasının qanıyla ancaq bu qədər yaşanar. Qərb çıxış yolu olmayan bir labirint içində çaşqın vəziyyətdədir; strategiya hazırlamaq qəbizliyi yaşayır. Dünyanı qucaqlayan səs-küy və murdar qoxunun səbəbi budur. Onsuz da yuxular tez bitər və hər yuxu bir yuxunun göstəricisidir. Amerikanın yuxusu da sona yaxınlaşır. Amma aydın olan odur ki, Amerikanı və oradan da dünyanı idarə etməyə çalışanlar, yuxunun bitməsindən xoşlanmır. Bir anlıq oyanmaqla sona çatan o şirin yuxunun davamını görmə ümidiylə yenidən yatmağa və xalqları yatırtmağa davam etməsi hiss edilir. Kralın çılpaq olduğunu fərq edənlər də, öz çılpaqlıqları ortaya çıxmasın deyə, olanlara dillənmirlər. Şirkin zülmü qloballaşır. Yeni imic, aldatma, vitrin, reklam, istehlak və iflas zamanıdır. Dəlilik, azğınlıq və üsyan heç bir sərhəd tanımır. Nə qədər insan İslamın mükəmməl yaşayış sistemi olduğunu bilmədiyindən, onu alternativ olaraq görmür, hətta onu bu zəlalətdən çıxarmaq istəyənlərə düşmən gözü ilə baxır. Müsəlmanların da böyük bir hissəsi müsəlmanlığın nə olduğunu bilmir. Bilənlərin də etdikləri, gücləri çərçivəsində çox azdır. Bu mühitdə, texniki imkanlarla bəzənən, nəhəngləşən, qloballaşan fitnə, yalnız baiskarları deyil, bütün insanlığı gəmirir. Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal edilmiş bir vəziyyətdədir. Müsəlman olduğunu iddia edənlərin də böyük hissəsi, şüursuzcasına şirkin qucağına atılır, nicat yolunu zalımların sırasında, Amerikayla əməkdaşlıqda, Avropa axtarıb, bunu islah zənn edir. Unutmayaq, müsəlmanlar üçün ölçü meyarları Vaşinqton, Danimarka, London, Təl-Əviv və sair deyil.

Biz adımızdan əmin olduğumuz kimi, bilirik ki, bəşər məhsulu olan zalım rəhbərliklərin ömürü uzun sürməz, heç bir ümmətin varlığı əbədi olmaz. Çox qısa bir zaman içində Sovetlər Birliyinin sürətlə çöküşünə şahidlik edənlər, liberal demokratiyanın da leşini tarixin zibilliyinə atacaq. Bəs, sonra nə olacaq? Bu böhran, möminlərə böyük imkan və fürsət verib. Dünya bir qurtuluş axtarır. Kapitalizm və kommunizmdən başqa rəhbərlik tərzi bilməyən insanlığın son şansıdır İslam. Müsəlman kimi inanıb, müsəlman kimi yaşayan müsəlman görmədiyi, güzgüdə boyunun ölçüsünü götürüb özünə baxa bilmədiyi üçün, insanlıq öz səhvlərinin nəticəsini görə və çıxış yolu tapa bilmir.

Hadisələr, inkişaflar yeni bir dünya nizamına hamilədir. Bəşəri nizamların sonu artıq yaxınlaşıb. Qərbin insanlara verəcəyi, vəd edəcəyi, ümidləndirəcəyi heç bir dəyəri qalmayıb. Dünya və axirət qurtuluşunun harada olduğunu bilən insanlar olaraq bizə çox iş düşür. Üçüncü bir nizama, alternativ qurtuluş nizamına bu gün çox ehtiyac var. Sizcə belə deyilmi? 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru