Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

26 Yanvar

2010
2592
DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...

Qədim dövürlərdən debat açıq cəmiyyət məfhumu ilə sıx bağlı olmuşdur.  Debat iki komanda və ya individuallar arasında arqumentasiyanın formal yarışıdır. Daha geniş desək və ən əsası debat demokratiya və açıq cəmiyyətin inkişafı və qorunması üçün əhəmiyyətli vasitədir. Məhdud sayda ideyaların mütləq həqiqət kimi qəbul olunduğu totalitar və digər qeyri-demokratik rejimlərdən fərqli olaraq demokratik cəmiyyətlər azad və açıq fikir mübadiləsindən asılıdır. Həqiqətən də, belə demək olar ki, əsl demokratiya debatsız mövcud ola bilməz.  Bu gün Haitidən Serbiyaya qədər, Niderlanddan Monqolustana qədər və ondan uzaqda debatlar demokratik dəyərləri inkişaf etdirən forum kimi genişlənməkdədir.  Hələ 2500 il əvvəl Sokrat tələbələrini öz fərziyələrini nəzərdən keçirməyə vadar etdiyi kimi, debat bu gün dünya tələbələrini bir-birini sorğu-sual etməyə, dinləməyə, ən davamsız mövzuları belə açıq, dözümlülük və əməkdaşlıq ruhunda tədqiq etməyə çağırır. Bu günlərdə Lent.az portalında cavan bir şəxsin USTAD səviyyəsində olan bir doktorla debata hazır olduğunu iddia etməsi, həqiqətən də mənim marağıma səbəb oldu.  İlk öncə debat həvəsində olan şəxsin fikirləri, ideyası və ən əsası faktlarını mütaliyə etməyə başladım.  Əvvəldə marağıma səbəb olan debat daha sonra, mənə bu yazını yazmağa və əsasən də adı çəkilən debatda iştirakçı olmağa vadar etdi.  Niyə vadar etdi? Çünki debatın mövzusu və istifadə olunan faktlar daha çox mənim profilimə uyğun idi.  Nəysə, gəlin qısaca da olsa, sizə debata hazır olan Taley Şahsuvarlı və debata dəvət olunan USTAD  İlqar İbrahimoğlu barədə məlumat verim.  İlk öncə "Yol böyüyndür"  misalından istifadə edərək İlqar İbrahimoğlu barədə bildiklərimi sizlərin nəzərinə çatdırmaq istəyirəm.  İlqar İbrahimoğlu - DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının (http://www.deyerler.org/) baş redaktorudur.  İlqar İbrahimoğlu həmçinin iqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almış, eyni zamanda "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müəllifidir.  Debat arzusunda olan Taleh Şahsuvarlıya gəldikdə isə onu deyə bilərəm ki, o yalnız islamafobik fikirləri ilə tanınan, debat prinsiplərindən xəbərsiz olan  və gündəmdə qalmaq üçün hər cür çirkinliyə əl atan yazardır. Yəqin ki, hər iki şəxs barədə yazılanları mütaliyə etdikdən sonra fərqi görə bildiniz. Fərq mövzusuna çox toxunmadan Taleh adlı yazarın  arzusunda olduğu debatın əsas mövzusu barədə  sizləri məlumatlandırmaq istəyirəm.  Debat həvəskarı olan Taleh, İlqar İbrahimoğlu ilə zəncir, sinə vurmaq və İmam Hüseynə (ə) əza saxlamağın insan haqlarına zid olduğu mövzusunda debat aparmaq istəyir. Bu cümləyə diqqətlə nəzər yetirsək arzularla yaşayan şəxsin arzusunun ürəyində qalacağını söyləməyə məcburam.  Çünki  arzu həvəskarı, İlqar İbrahimoğlu kimi bir alimlə debat aparmaq üçün hələ çox, yox yox, lap çox aşağı səviyyədədir. Çünki debat həvəskarının debatın tarixi və prinsipləri barədə məlumatı yox səviyyədədir. Əgər onun bu barədə məlumatı olsaydı, həvəskar yazar debat üçün adicə lazım olan: hörmət, düzgünlük, öyrənməyi öyrənmək  və aydınlıq kimi prinsipləri nəzərə alıb bunu istəməli idi. Amma arzularla yaşan Talehin debat təklifini özündə əks etdirən yazısına nəzər salsaq, bunların heç birini görmək mümkün deyil. Əvvəla İlqar İbrahimoğlu kimi alimə "yalançı və böhtançısınız"-deyə müraciət etməklə hörmətsizlik etməz, ona "vətənpərvərliyiniz və cəsarətiniz çatmaz" deməklə düzgünlük balansını pozmaz, İmam Hüseynin (ə) həyatı və qəhrəmanlığı mövzusunda İlqar müəllimdən öyrənməyi öyrənmək əvzinə ağzına gələni danışmaz və nəhayət ETTALAT və İsa Qəmbər sözlərini işlətməklə aydın olan fikirlərə qaranlıq gətirməzdi. Ümumiyyətlə arzu həvəskarının yazısında "Azərbaycanın media patronlarına səslənirəm: kim sözlə karikatura çəkmək istedadımı görmək istəyirsə bir debat təşkil etsin, məni də, Hacı İlqarı da ora çağırsın" fikirləri boğazdan aşağı deyilən bir söz olduğu açıq-aşkar məlum olur. Mən bir daha bildirmək istəyirəm ki, ey arzularla yaşayan Taleh Şahsuvarlı, sənin bu gün İlqar İbrahimoğlu kimi şəxsiyyətlə oturub danışmaq üçün nə ədəbin, nə tərbiyən, nə də ləyaqətin var. Sənin İlqar İbrahimoğlu adından istifadə edərək gündəmə gəlmək arzuların elə ürəyindəcə qalacaq. Sonda arzu həvəskarına bir təklif edib onu ümüdləndirmək istəyirəm. Onun debat aparmaq mədəniyyəti çox aşağı olmuş olsa da, mən ona debatın istər "Karl Popper format",  istərsə də "Street law" hüquq proqramı növündə mənimlə debat aparmaq şəraiti yaradıram. Əgər arzuları kənara qoymaq istəyirsənsə, sənin cavabını gözləyəcəm.

Şərhlər
XÉ™yal tərəfindən 02-02-2010 16:45:14 tarixində yazıldı
Allahin salami olsun uzerine. Eziz Orxan bey dogurdanda yazilarin olduqca nefis tertibatla yazilmish bir yazidir. Ve en esasi heqiqetdir. Bilirsen, Shahsuvar kimileri cox olacaq, qaldi Ilqar Ibrahimoglu ile onun diskusiyasi, debati bu nese gulunc gorunur.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 20:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com