Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

09 Yanvar

2010
1540
10 milyon dollarlıq cinayət
Bildiyiniz kimi bu günlərdə İsrail rejiminin Qəzza xalqına qarşı törətdiyi hərbi cinayətlərin bir ili tamam oldu. Bütün dünya ictimaiyyəti, o cümlədən soyqrıma məruz qalan Qəzza xalqı, İsrailin hərbi cinayətini yenə pislədi. Qeyd edək ki, buna qədər başda BMT olmaqla əksər təşkilatlar, qurumlar İsrailin törətdiyi cinayəti tənqid edərək, rəsmi Təl-Əvivin cəzalandırımasını tələb etmişdi. Lakin dünən Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlər, İsrailin törətdiyi cinayətlərin yenə ört-basdır olunacağından xəbər verdi.  Söhbət sionist İsrail rejiminin BMT-yə təzminat ödəyəcəyi ilə bağlı xəbərdən gedir. Qeyri-rəsmi mənbələrin məlumatına görə, İsrail rejiminin quruma 10 milyon dollar məbləğində təzminat ödəməsi gözlənilir. İsrailin sözügedən məbləği ötən il Qəzzada həyata keçirdiyi hərbi əməliyyat zamanı ərazidə BMT-yə məxsus binalara zərər verməsindən dolayı ödəyəcəyi bildirilir.  Bununla da Birləşmiş Millətlər Təşkilatı, İsrailin Qəzzada müharibə zamanı günahsız insanların öldürülməsini, yüzlərlə  evlərin sökülməsini,  müqəddəs məkanların dağıdılmasını dünya ictimaiyyətindən gizlətmək və bu cinayəti ört-basdır etmək istəyir.  İsrail rejimi məhz BMT-də olan nüfuzundan istifadə edərək Qəzzada yüzlərlə qətlə yetirdiyi azyaşlı uşaqların qətlini, quruma ödədiyi 10 milyon dollar dəyərində pulla aradan aparmaq istəyir. Nəzərinizə çatdıraq ki, artıq BMT-nin nümayəndəsi Martin Nesirki, mətbuata müsahibəsində bu məsələ ilə bağlı razılığa gəlindiyini bildirərək, razılaşma müddəalarının dəqiqləşəcəyi və İsrail tərəfinin təzminatı ödədikdən sonra bu barədə məlumat veriləcəyini deyib. Mövzu ilə əlaqədar Avropa mətbuatı, Təl-Əvivin quruma 10 milyon dollar ödəməyə razı olduğunu yazıb. Məlumat üçün bildirək ki, ötən ilin yanvarında İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyat zamanı BMT-yə aid məktəblər, səhiyyə mərkəzəri və qurumun Qəzzadakı mərkəzi binasına zərər dəymişdi.  Həqiqətən də BMT-nin Qəzzada dağıdılan binalarının müqabilində müəyyən məvacib alması və bununla da qətlə yetirilən insanların, müqəddəs məkanların dağıdılmasına göz yumması bu qurumun İsrail və imperialist qüvvələrə xidmət etdiyini bird daha ortaya qoyub.  Bu məqamda bizim BMT-dən Qarabağ , Əfqanıstan, İraq və Yəmən torpaqlarının işğal olunması  mövzusunda  ədalətli qərar gözləməyimiz, yalnış fikirdə olduğumuzu göstərir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com