QURBAN BAYRAMINDA YENİ `QURBAN`
Bismillahir Rəhmanir Rəhim. Bildiyiniz kimi bir neçə gündən sonra bütün dünyada olduğu kimi, Azərbaycan adlı məmləkətimizdə də müqəddəs Qurban bayramı qeyd olunacaq. Artıq bu müqəddəs bayram münasibətilə ölkədə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət idarələri 4 gün tətil edəcək. Yəni hamı sakitcə Allahın müsəlmanlara bəxş etdiyi bu mübarək, gözəl bayramı qeyd etməklə məşğul olacaq. Nəzərinizə çatdırım ki, Qurban bayramında iki özəl xüsusiyyət var ki, hamı onlara əməl etmək istəyir. Bunlardan birinci qoyun, quzu və ya başqa heyvanı qurban kəsmək, ikincisi isə kəsilən qurban ətindən kimsəsiz, ehtiyaclı insanlara hədiyyə etməkdir. Fikrimcə Azəraycan müsəlmanları dünya müsəlmanları kimi bu bayramda da qurbansız və hədiyyəsiz qalmayacaq. Ümumiyyətlə biz müsəlmanlar hansısa xoş günlərdə kiməsə hədiyyə verməyi və ya ondan qəbul etməyi çox sevirik. Elə bu adət-ənənəyə sadiq qalaraq Azərbaycan xalqı, müsəlmanları, inanclı insanları 25 noyabr tarixində müqəddəs Qurban bayramı öncəsi öz hədiyyəsini almış oldu. Bəhs etdiyimiz bu hədiyyə Allah evi olan "Fatiməyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı olan qərardır. Göründüyü kimi, Azərbaycanda yenə bəzi əmmalar baş verib ki, bu işləri əməlli başdı korlayır. Əvvəla kimlərsə qoyun-quzunu qurban kəsmək əvəzinə məscidi sökmək istəyir. Sonra da bu məscidin sökülmək qərarını Azərbaycan müsəlmanlarına hədiyyə etmək istəyir. Həqiqətən elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə bu cür yanlışlığa yol vermək, Azərbaycan üçün çox acınacaqlı vəziyyətdir. Ona görə acınacaqlıdır ki, məscidləri bayram günündə qurban qismində sökmək dünyanın heç bir yolunu azmış müsəlman ölkəsində baş verməyib. Çox təəssüflə qeyd etməliyəm ki, müqəddəs Qurban bayramında yeni "Qurban" hədiyyəsi məhz ölkəmizdə praktikadan keçirildi. Qeyd edək ki, yeni "Qurban" hədiyyəsinə əsasən, Bakı şəhər baş Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla "Xanım Zəhra"məscidinin sökülməsini birmənanalı olaraq təsdiq edib. Bununla da müqəddəs Qurban bayramına 3 gün qalmış Azərbaycan müsəlmanları, dindarları, inanclı şəxsləri məscid sökülməsi ilə bağlı yeni qurban hədiyyəsini qəbul etmək məcburiyyətində qaldı. Sonda onu bildirmək istəyirəm ki, müxtəlif bəhanələr gətirərək, kağız üzərində yazılmış qanunlara zidd gedərək, müsəlmanlara hədə-qorxu gələrək Allah evi olan "Xanım Zəhra" məscidini sökmək İslam Konfransı Təşkilatına üzv olan, şəhəri İslam mədəniyyətinin paytaxtı olan Azərbaycan ölkəsi üçün çox utanc gətirən bir haldır.
Bölmənin digər xəbərləri
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan