Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

26 Sentyabr

2009
1827
Azərbaycan təhsili bu gün

Bildiyiniz kimi hər bir ölkənin inkişaf etmiş ölkə olub-olmamasını müəyyən etmək üçün və ya hər hansı bir ölkənin öz inkişafını artırması üçün bu ölkənin əsasən 3 dövlət strukturuna diqqət ayırması çox vacibdir. Bu strukturlar Təhsil, Səhiyyə və Müdafiə nazirliklərindən ibarətdir ki, bu da bizim ölkənin qlobal probleminə çevrilmişdir. Nəzərə alsaq ki, Azərbaycan ölkəsində mövcud olan bu struklarda rüşvət və ya digər çatışmamazlıqlar var, ölkəmizin necə də qlobal problemlə üz-üzə olduğunu anlayarıq. Bu dəfəki mövzum da məhz bu nazirliklərdən biri, daha doğrusu təhsil sistemi ilə bağlı olacaq. Azərbaycan təhsil sisteminin bu günkü durumuna nəzər yetirsək, kifayət qədər problemlərin şahidi oluruq. Təkcə onu qeyd etmək olar ki, Azərbaycan təhsili bu gün korrupsiya faktoruna görə kifayət qədər ad qazanıb, daha doğrusu  universitet və məktəblərdə rüşvət vermək artıq adi bir hala çevrilib.  Yəqinki hamıya məlumdur ki, Azərbaycanda istintaqla müəyyən olundu  ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq, şöbənin metodiki kabinetinin müdiri və bir sıra məktəb direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, Goranboyun 52 orta məktəbinin və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu cinayətkar niyyətlərinin həyata keçirilməsinə cəlb etmişdir. Bunun nəticəsində isə  həmin məktəblərin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edilmiş və  külli miqdarda rüşvət aınmışdır. Bəli, bu məsələyə diqqət yetirsək cinayətkar dəstəyə başçılıq edənin elə Təhsil nazirliyinin əməkdaşı olduğunu müşahidə edirik. Bu isə ümumiyyətlə Azərbaycan təhsilinin necə də bərbad vəziyyətdə olduğunu bir daha real faktlarla ortaya qoyur.

 

Bundan əlavə təhsil sistemindəki tələbə və şagirdlərin təhsilə hansı aspektdən yanaşması, onların təhsilə olan münasibəti də Azərbaycan təhsilinin səviyyəsinə ziyan gətirən bir haldır. Ümumiyyətlə ölkəmizdə oxumağa, təhsil almağa marağın həddən artıq aşağı olması təhsil sisteminin bir daha prioritetini ortaya qoyur. Bu gün Azərbaycanda şagird və tələbə həyatı sürən cavanlara nəzər yetirsək kifayət qədər neqativ halların şahidi oluruq. Çox az sayda insan tapmaq olar ki, onlar həqiqətən tələbəlik həyatı sürür və elm-təhsil sahəsində bütün bacarığını ortaya qoyurlar. Universitet və məktəblərdə monitorinq aparsaq sadəcə olaraq sözün yaxşı mənasında müsabiqənin şahidi oluruq. Hər kəs özünə məxsus nəyisə tələbə və şagirdlər arasında nümayiş etdirməklə məşğuldur.  İmkanlılar öz “papa”larının aldığı maşınları, bir az aşağı səviyyədə olanlar öz geyimlərini və ümumiyyətlə imkanı olamayanlar (əgər belə bir tələbə mövcuddursa) isə sadəcə müşahidə etməklə məşğuldur. Təbii ki, bu halların baş verməsində ilk növbədə günahkar Təhsil nazirliyidir. Təhsilə olan biganəlik və ya açılan qapılar tələbə və şagirdlərdə təhsilə ciddiliyi yox etməkdədir.

 

Sonda bir daha qeyd etmək istəyirəm ki, əgər biz inkişaf etmiş ölkə olmaq istəyiriksə mütləqdir ki, Avropanın iyrənc, milli-mənəvi dəyərlərimizi aşılayan mədəniyyətini Azərbaycana gətirmək əvəzinə, onlarda elmdə, təhsildə olan yenilikləri ölkəmizdə tətbiq etməliyik. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru