Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

17 İyul

2017
16:22
837
3 ay əvvəl qəzaya düşən DYP avtomobilini bu dəfə baltaladılar

Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib. 

FaktXəbər-in lent.az-a istinadən məlumatına görə, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb. 

Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin “BMW”-sinə zərbələr endirib.

Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

FaktXəbər-in məlumatına görə, bu, sözügedən DYP avtomobili ilə bağlı ilk hadisə deyil. Belə ki, bu ilin mart ayında Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşmuşdu.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru