Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
16:40
20 Yanvar günü dərs olacaq - Rəsmi
Cəsarət Valehov: "Şənbə günləri dərs saatı olan şagirdlər məktəbə gedəcəklər"

20 Yanvar günü məktəblilər dərsə gedəcəklər. Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ümumxalq Hüzn Gününün qeyri-dərs günü olub-olmaması ilə bağlı suallara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu cür özəl günlərdə dərslərin olub-olmamasına Təhsil Nazirliyi qərar vermir:

“Nazirlər Kabinetinin bununla bağlı qərarı olmalıdır. Hələlik heç bir qərar olmadığına görə ötən illərdən fərqli olaraq, şənbə günləri dərs saatı olan şagirdlər məktəbə gedəcəklər”.

Məsələ ilə bağlı Nazirlər Kabinetindən bildirilib ki, hələ ki 20 Yanvar günü iş və dərslərin olub-olmaması müəyyən edilməyib. Hansısa qərar qəbul edilsə, ictimaiyyətə açıqlama veriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü də daxil olmaqla, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 20 Yanvar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 22:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com