Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Dekabr

2017
12:00
5751
12 yaşlı uşağının intiharında `Mavi Balina` izi

Dünən Ağdaş rayonunda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə xəbər verilmişdi. İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

Lakin onun ölümündə dünyada baş verən yüzlərlər intihar hadisələrinin səbəbkarı kimi göstərilən “Mavi balina” oyununun izi aşkarlanıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Teleqraf.com-a Nehrəxəlilli kənd bələdiyyəsinin müavini uşağın intiharı haqda danışarkən deyib: “Kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb. Yəni, belə səbəbdən olduğu deyilir”.

Nehrəxəlil kənd bələdiyyəsindən Ayaz Kərimov İsmayıl Adıgözəlovun valideynləri ilə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, İsmayılın atası özü də bilmir ki, oğlu özünü nə səbəbdən asıb: “Atası oğlunu qorxutmadığını deyir. O, baş verənləri telefonda olan hansısa oyunla əlaqələndirir. Qonşu uşaqların, ətrafdakıların məlumatına görə, kimlərsə telefonda onu hədələyib. O, dünən qorxudan özün asıb. Adını da dəqiq bilmədim, amma deyilənlərə görə, “balina ovu” idi”. (Mavi balina – red.)

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

FaktXeber.com bir neçə gün öncə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə 6-cı sinifdə oxuyan bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı xəbər vermişdi. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. 

Bundan başqa Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. 

Xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur.

Məqalədə : Mavi Balina 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru