İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Tarix:29-12-2016 16:48
100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
Şərh yaz
İl-ildən dünya iqtisadiyyatında artan çalxalanmalar, ölkələrdəki vətəndaş müharibələri istər-istəməz düşünməyə əsas verir ki, niyə bu təlatümlərdən Qərbin böyük dövlətləri zərər çəkmirlər? Ola bilsin fikirləşək ki, bu dövlətlərin köklü demokratik dəyərləri var. Amma yanılırıq. Onların başqa ölkələrdə törətdiklərinə baxdıqda, heç də insan haqlarına, demokratiyaya riayət etmədiklərini görə bilərik. Nəzarətləri altına keçirdikləri dövlətlərdə hakimiyyət başına gətirdikləri şəxslərin əli ilə ölkənin sayılıb-seçilən, öndən gedən şəxslərini qətliam etdirirlər. Səbəb isə odur ki, çıxaracaqları hoqqalara, o ölkələrin başına açacaqları oyuna xalq səssiz qalsın. Bir müddət sonra isə hakimiyyət başına gətirdikləri şəxsləri diktator elan edib, onu vəzifədən salır və ya öldürürlər. Yerinə isə guya yaxşısını gətirirlərmiş kimi yenisini təyin edirlər.
 
Bütün bunları amerikalı yəhudi bankir, iş adamı Devid Rokfellerin öz dilindən aşağıdakı şəkildə eşidə bilərik. Bunlar, son 100 ildə dünyada baş verən və hamımızın  bildiyi tarixi həqiqətlərdir, amma səsləndirən, etiraf edən olsa.
 
Nəzarətimizdə olan ölkələr illər boyu kommunizmə qarşı vuruşublar. Misal üçün Türkiyədə 1950-ci illərdə ölkə rəhbərliyinə bizim dəstəyimizlə Adnan Menderes gəldi. Əslində Menderes ilk əvvəl bizimlə çox gözəl dialoq qurmuşdu. Bizdən seçkidə aldığı dəstək qarşılığında, "Marşal yardımı" adı altında davamlı borc alır və ölkəsində sərmayələr yatırdaraq, sənaye strukturunu təkmilləşdirirdi. Amma o qədər plansız və proqramsız işlər görürdü ki, ödəniş günləri gələndə borcu ödəmək üçün bizdən təkrar-təkrar borc istəməyə başlayırdı. Biz də ondan ölkəsini xarici sərmayəyə açmağı və bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini, başqa sözlə, Osmanlı İmperiyasında olduğu kimi kapitulyasiyalar (Bir dövlətin müqaviləyə müvafiq olaraq başqa dövlətlərə verdiyi iqtisadi və sosial imtiyazlara kapitulyasiya deyilir - red.) tələb etdik. Menderes bizə bunu heç vaxt qəbul etməyəcəyini dedi və bizdən uzaqlaşmağa başladı. Türklər ilk dəfə asfalt yollarla tanış olur, bir birinin ardınca zavodlar tikilirdi. Ölkənin əksəriyyəti müsəlman olduğu üçün ölkənin hər yerində məscidlər inşa etdirirdi. Menderes bu şərtlərdə hakimiyyətdəki yerini uzun müddət üçün möhkəmləndirdiyini zənn edirdi. Bir dövlət çevrilişi ilə bu iş başa çatdırıldı və sonunun belə bitməsini istəmədiyimiz halda, dostları ilə birlikdə edam edildi. Sadəcə, Cəlal Bayar xilas oldu, çünki MASON idi. Həmçinin yaxın dostu Papa Ronkalli və ya digər adıyla 23-cü Con Vatikanın təzyiqi ilə onu ölümdən xilas etdi.
Baş verən dövlət çevrilişləri də bizim istəklərimiz istiqamətində aparılır. Amerika və Avropada inkişaf etmiş ölkələrin bazarları doymağa adət ediblər və biz kifayət qədər mal sata bilməyəndə, bunun üçün digər az inkişaf etmiş ölkələrə tətbiq etdiyimiz planı üçüncü dünya ölkələrinə də tətbiq edirik: sərbəst bazar iqtisadiyyatına keçmək və idxalın sərbəst buraxılması tələbi. Bəziləri bu istədiyimizi qəbul etmiş kimi görünürlər, amma işi uzadırlar.
 
İNSANLARA XİLASKAR TƏQDİM EDİRİK
 
Sonda bu dilemmanı yenə bildiyimiz yollarla - "Ordo Ab Chaos" ilə həll edirik. Yəni əvvəl xaos, sonra nizam. Təxribatçılar vasitəsilə həmin ölkələrdə sağ və sol ideologiya qarşıdurmaları başladılır. Əslində ilk əvvəl razılıq vermiş kimi göründüyümüz məsələlərə görə ölkəyə tətbiq edilən embarqo sayəsində xalq canından bezir, ölkədə yağ və duz belə tapa bilmirlər. Bir yandan spekulyatorlar varlanır, xalq isə getdikcə səfalətə düşür. Ölkəyə göndərilən təxribatçılar üçün bu xalqı qızışdırmaq heç də çətin olmur. Ölkə xalqı sağçı və solçu olaraq ikiyə bölünür və toqquşma başlayır. Hadisələr elə bir dərəcəyə gəlir ki, hər gün küçə toqquşmalarında insanlar ölməyə başlayır. Bütün ölkə terror qorxusu altında əzilir. İnsanlar axşamlar küçəyə çıxa bilmir. Hökumətlər bir-birinin arxasınca hakimiyyətə gəlir, amma hadisələri qarşısını ala bilmirlər. Sonra çevriliş olur və bütün hadisələr bıçaq kəsən kimi kəsilir. Zavallı ölkə xalqı bu "uğuru" çevrilişin nəticəsi olaraq görürlər. Çünki terrorizm sona çatır, ölkəyə əmin-amanlıq gəlir. Əslində isə təxribatçıların vəzifəsi başa çatır və səhnədən çəkilirlər. Burada oynanan oyun, xalqı ümidsiz və çarəsiz duruma salmaq və onlara bir "xilaskar" təqdim etmək olur. Ondan sonra bu xilaskar nə edirsə etsin, xalq dərhal onu qəbul edir.
 
BİZİM İSTƏYİMİZLƏ QAPILAR TAYBATAY AÇILIR
 
Çevriliş baş verən ölkələrdə dövlət idarəçiliyi bizim müəyyənləşdirdiyimiz adama təhvil verilir. O da bizim istəyimizlə ölkənin qapılarını üzümüzə taybatay açır. Bizim şirkətlərimiz bu bazara canavarlar kimi hücum edirlər. İlk əvvəllər qiymətləri çox aşağı saxlayaraq, yerli sənayenin rəqabət gücünü öldürürük. Ölkə Amerika və Avropa istehsalı olan mallarla dolur. Sənaye şirkətlərimiz ehtiyatlarını əritdikləri vaxt maliyyə şirkətlərimiz də ölkəni artan idxalı ödəmək üçün yüksək faizlərlə borc bataqlığına sürükləyirlər. Beləliklə, "inkişaf etməkdə olan ölkələr" kimi adlandırdığımız bu ölkələrin demək olar ki, hamısında tətbiq olunan layihə ilə bütün ölkələr, həm də bizdən aldıqları mallarla sənaye şirkətlərimizi zənginləşdirməyə davam edirlər, həm də bu malların pulunu ödəmək üçün bizim maliyyə şirkətlərimizdən aldıqları yüksək faizli kreditlərlə hər il artan borc bataqlığına sürüklənirlər.
 
PULUN ETİBARI ARTIR; YOLDAŞ, DOST, AİLƏ KİMİ ANLAYIŞLAR UNUDULUR
 
Bütün bunların edilməsi üçün lazım olan qanunları yavaş-yavaş çıxarırlar. Ölkə vəhşi kapitalist sisteminə o qədər tez uyğunlaşır ki, xəyali ixracat üsulları kəşf edirlər. İnsanlar artıq ən qısa və ən asan şəkildə pul qazanmağın yollarını axtarırlar. Rüşvət, dövlət banklarının müxtəlif faizlərlə soyulmaları, bankir qalmaqalları buna nümunədir. Yoldaş, dost, ailə kimi anlayışlar unudulur və yalnız pulu olanların hörməti artır. Bu arada isə yerli sənaye can verir, kiçik müəssisələrdən başlayaraq yavaş-yavaş böyük müəssisələrə doğru iflas dalğası yayılır. Dövlət müəssisələrinə isə bizim istədiyimiz rəhbərlər təyin olunaraq, zərərə doğru aparılırır. Sonda bu müəssisələr ya bağlanır, ya da özəlləşdirmə ilə ucuz qiymətə şirkətlərimiz tərəfindən ələ keçirilir.
 
OSMANLINI YIXMAQ ÇƏTİN OLMADI
 
Yəqin ki, "Dünya ölkələrini necə ələ keçirməyi düşünürsünüz" sualına isə Rotşild belə cavab verərdi:
 
Tarixdən nümunələr verərək gücümüzü göstərmək istəyirəm: Birinci Dünya müharibəsi Avropada bizə qarşı olan imperiyaları dağıtmaq və ən əhəmiyyətlisi Osmanlı İmperiyasını parçalayaraq Yaxın Şərqdəki neft yataqlarını ələ keçirmək və İsrailin yolunu açmaq üçün baş vermişdi. İsrailin banisi sayılan Teodor Herlz o zamankı Osmanlı padşahı II Əbdülhəmidlə görüşərək, bizim ailəmizin dəstəyi ilə Fələstin torpaqlarını satın almaq istədi. Amma padşah bizə qarşı çıxdı. Bizim üçün Osmanlı İmperiyasını yıxmaq çox çətin olmadı. Çünki padşahlar əsasən türk qadınları əvəzinə, fəth etdikləri ölkələrdən qul kimi gətirdikləri başqa din və irqlərə mənsub olan qadınlarla ailə qururdular. Əlbəttə, Hürəm Sultan kimi bu qadınlar vaxt keçdikcə ölkə rəhbərliyində söz sahibi oldular və özləri kimi xarici mənşəli adamları bizim istədiyimiz kimi, ölkəni məhvə aparan bir şəkildə idarə etməyə başladılar. Padşahlar isə dövlət idarəçiliyinin əmin əllərdə olduğunu düşünərək, zövq və səfaya qapılmışdılar. Bu da Osmanlının çöküş dövrünü başlatdı. Mason təşkilatları tərəfindən qızışdırılan insanların başlatdıqları üsyanlarla torpaqlar itirilməyə başlandı. Xəzinə plansız xərclərlə istehlak edildi. 
ATOM BOMBASI ÜÇÜN YAPONİYA TƏXRİBATA ÇƏKİLDİ
 
Almanlara nifrət edən Eynşteynin Amerika prezidenti Ruzveltə məktub göndərməsi ilə atom bombası işləri "Manhetten Layihəsi" adı altında başladı və qısa müddətdə nəticə əldə edildi. Amma bir problem var idi ki, bu bomba çox güclü idi və sınaq üçün Amerika xalqın dəstəyi ilə müharibə başlamalı idi. Buna görə də yaponlar təxribata çəkildi və əvvəlcədən xəbər alınmasına baxmayaraq, xalqın hissləri ilə oynayaraq dəstəyinin qazanılması üçün yüzlərlə Amerika əsgərinin ölməsi ilə nəticələnən Pearl Harbor qırğınına göz yumuldu və bu problem də aradan qalxdı.
 
İSRAİL ROTŞİLD AİLƏSİNİN SƏXAVƏTLİ MALİYYƏ DƏSTƏYİ İLƏ YARADILIB
 
İsrail 1948-ci ildə Rotşild ailəsinin səxavətli maliyyə dəstəyi ilə yaradılıb. "Ordo Ab Chaos" yenə də işə yaradı. Bu arada müharibədə iflas edən ölkələrin iqtisadiyyatlarının düzəldilmələri üçün Harriman, Rokfeller, Vanderblit və Rotşild kimi maliyyə təşkilatlarından aldıqları borc pullar dövrəyə girdi.
 
ÇİN HƏLƏ NƏZARƏT ETMƏDİYİMİZ ÖLKƏDİR, AMMA ABŞ İQTİSADİYYATINA TÖHFƏSİ BÖYÜKDÜR
 
Çin isə "American Bechtel Corporation"un verdiyi texnologiya və beyinlə supergüc halına gəlib. Bu ölkə hələ nəzarət etmədiyimiz ölkələrdəndir. Amma Amerika iqtisadiyyatına böyük töhfə verirlər. Çünki iş qüvvəsi çox ucuzdur. Ayda 30 dollara işləyəcək fəhlə tapmaq bizim ölkələrimizdə sahibkarların ən şirin yuxusudur.
 
VYETNAM, KOREYA, KAMBOCA, TAİLAND, İNDONEZİYA, ƏFQANISTAN, İRAN-İRAQ, YUQOSLAVİYA MÜHARİBƏ SƏNAYESİNİN SINAQ VƏ İNKİŞAFINA YARDIM ETDİ
 
Vyetnam müharibəsində Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı silah sənayelərini, yeni emal etdikləri silahları sınamaq imkanı qazandı və silah sənayesini canlandırmaq üçün köhnələri istifadə edərək anbarlardan çıxardı. "Agent Prins" adlı kimyəvi silah ilə bu zəhərin bitkilər üzərində ölümcül təsirləri sınaqdan keçirildi. Bir ölkə iqtisadiyyatı bataqlığa sürükləndi.
 
Koreya müharibəsi ilə bu ölkə ikiyə bölündü və inkişaf xəyalları məhv edildi. Beləliklə, ölkə iqtisadiyyatı viran qaldı. Həmçinin bu ölkədə mikrob bombaları və dioksin kimi müxtəlif zəhərlərlə bioloji müharibə sınaqları keçirildi.
 
Kambocada Amerika ilə ticarəti rədd edən lider Sihanuk 1970-ci ildə dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırıldı və yerinə ölkəni xaosa sürükləyən Pol Pot və Qızıl Kmerler gətirildi.
 
Tailandda ölkə hakimiyyəti devrilərək yerinə diktatura rejimi quruldu. Ölkə iqtisadiyyatı illərlə bizə işlədi.
 
İndoneziya prezidenti Suharto 1957-58-ci illərdə Amerika Birləşmiş Ştatlarının verdiyi silahlarla Şərqi Timoru işğal edərək, illərlə davam edəcək xaos yaratdı, minlərlə insan öldü.
 
Əfqanıstan müharibəsi SSRİ-yə silah sənayesini inkişaf etdirmək üçün böyük imkanlar verdi. Biz də yeni istehsal edilən silahların təsirlərini sınamaq üçün böyük bir fürsət tapmışdıq. Bundan başqa, ölkə çox zəngin yeraltı sərvətlərə malikdir. Əfqanıstan rəhbərliyi hazırda tamamilə bizim nəzarətimiz altındadır.
Səddamı qızışdırmaqla başladılan 1990-ci ildəki Körfəz müharibəsi ilə İraq iqtisadiyyatı İran müharibəsindən sonra bir daha çökdürüldü. Küveyti yenidən inşa etmək üçün milyardlarla dollarlıq biznes əlaqələri quruldu. Amerika əsgərləri bölgəyə yerləşdirildi. Bu müharibədə test məqsədi ilə hazırlanmış uran bombaları istifadə edildi. Bombalar illərlə davam edəcək radioaktiv maddələr yayaraq bölgədəki yüz minlərlə insanın ölməsinə səbəb oldu.
 
1990-cı ildə Yuqoslaviya müharibəsində salxım bombaları istifadə edildi. Bu bombalar yerə yaxınlaşanda yüzlərlə kiçik bombalara ayrılırlar və yerə düşəndə belə, partlamamış olanlar hər zaman fəal bomba kimi qurbanlarını gözləyirlər.
 
Rotşild sözünə, "Bu ölkələrin indi tamamilə bizim nəzarətimiz altında olduğunu söyləməyimə güman edirəm ki, ehtiyac yoxdur", - deyərək fasilə verdi. Onun söhbətini Rokfeller davam etdirdi.
 
ZAİR, ÇAD, QVATEMALA, ÇİLİ, BRAZİLİYA, DOMİNİKAN, SOMALİ, PANAMA, SALVADOR, BOLİVİYA, EKVADOR, PERU, URUQVAY, ANQOLADAKI MÜHARİBƏLƏR VƏ ÇEVRİLİŞLƏR BİZİM PLANLARIMIZDIR
 
1965-ci ildə MKİ-nin etdiyi çevrilişlə Zair dövlətinin rəhbərliyinə keçən Mobutu Corc Buşun sözləri ilə desək, Afrikadakı ən yaxşı adamımız oldu.
 
Çad hökuməti 1982-ci ildə hərbi çevrilişə məruz qaldı və yerinə diktator Hissen Harbe gətirildi. Bu keçid zamanı on minlərlə insan öldü.
 
Yəmən 1990-cı ilə qədər iki ayrı dövlət şəklində uzun illər bir-biri ilə vuruşdular. Bizim şirkətlərimizi varlandırmağa davam etdilər.
 
Qvatemalada hökumət kommunist rejimi təhlükəsi bəhanə edilərək MKİ-nin dəstəyi ilə 1953-cü ildə devrildi və bu günə qədər bizim təyin etdiyimiz hərbi hökumətlərlə idarə edilir.
 
Çilidə general Pinoçet 1973-cü ildə hakimiyyəti ələ keçirərək, illərlə bizim istəklərimiz istiqamətində ölkəni idarə etdi. Amerika Birləşmiş Ştatlarına ötürdüyü milyardlarla dollarla ölkə iqtisadiyyatı bataqlığa sürükləndi. Ölkə insanları səfalət içində yaşadıqları halda, bizim şirkətlər varlandı.
 
Braziliya da kommunizmdən xilas edilən ölkədir. Ölkə rəhbərliyi 1964-cü ildə çevrilişlə uzaqlaşdırıldı. Ölkə Amerika Birləşmiş Ştatlarının Cənubi Amerikadakı ən etibarlı müttəfiqlərindən biri olub.
 
Dominikan Respublikası eyni şəkildə 1963-cü ildə çevrilişlə bizim istədiyimiz rəhbərlərə qovuşdu. Ölkənin sərvəti bizlərə axdı.
 
1990-cı illərdə Kolumbiyada narkotiklə mübarizə aparmaq adı altında ölkə rəhbərliyi ələ keçirildi. MKİ bu ölkədən gələn narkotik vəsaiti ilə dünyanın müxtəlif ölkələrindəki əməliyyatlarını maliyyələşdirdi.
 
Fici, Qrenada, Panama, Somali, Salvador işğal edildi. Sarin, xardal qazı kimi psixoloji xəstəlik yaradan qazlar xalq üzərində sınaqdan keçirildi. Yüz minlərlə insan öldü və hələ də ölməyə davam edir.
 
Boliviya, Qana, Ekvator, Haiti, Filippin, Peru, Uruqvay, Anqola, Seyşel adaları kimi üçüncü dünya ölkələrində edilən çevrilişlər və iğtişaşlar bizim planlarımızın bir parçası idi.
 
Yaxın Şərqdə davam edən müharibələrin hamısı bizim şirkətlərin büdcəsini artırmaqla məşğuldur. Bir yandan silah satırıq, digər tərəfdən isə dağılan şəhərlərin yenidən qurulması üçün şirkətlərimizi həmin bölgələrə yönləndirəcəyik. Bizim banklardan şəhərlərin qurulması üçün alınan milyardlarla dollar yenidən bizim banklara qayıdacaq, dövlətlər isə faiz ödəyəcək.
ÖLKƏ RƏHBƏRLİKLƏRİNİ NƏZARƏT ALTINDA SAXLAYIRIQ, ƏKS HALDA, TERROR HADİSƏLƏRİNİ İŞƏ SALIRIQ
 
Avropa ölkələrində yaradılan İtaliya "Gladio"suna oxşar kəşfiyyat təşkilatları sayəsində bütün ölkə rəhbərliklərini nəzarət altında saxlayırıq.
 
Bəzi dövlətlərin həssas nöqtələrində partlayan bombalar, bizim istəklərimizi görməzliyə vurduqlarını xatırlatmaq üçündür. 
 
Nyu-York "Əkiz Qüllələr", Pentaqon hücumları, Keniya və Səudiyyə Ərəbistandakı bombalama hadisələri da bizim planlarımızın icrası üçün edilib.
 
DÜNYADA HEÇ BİR MAFİYA VƏ QAÇAQMALÇILIQ HADİSƏLƏRİ BİZİM İCAZƏMİZ OLMADAN HƏYATA KEÇİRİLMİR
 
Bütün təşkilatların çox yüksək olan xərcləri məsələsi də var. Onların mənbəyi isə vergidən azad olan fondlarımızın topladığı ianələrdən və mafiya ilə olan əlaqələrimiz sayəsində maliyyələşdirilir. Dünyanın heç bir ölkəsində mafiya və ya qaçaqmalçılıq fəaliyyətləri, o dövlətin xəbəri və icazəsi olmadan edilmir. Keçirilməsi üçün yüksək qurumlarda tərəfdaşların olması lazımdır. Gözünü pul örtən insanları bir dəfə bu işə bulaşdırırq və oradan çıxış yolu olmur. Dünyanın hər yerində tamamilə bizim nəzarətimiz altında fəaliyyət göstərən mafiya, xüsusilə narkotik və silah qaçaqmalçılığı ilə məşğul olur, çünki ən güclü pul bu sahələrdədir. Bu puldan biz ən böyük pay alırıq və həmin pulla birlikdə məsum görünüşlü fondlarımızın dəstəyi ilə bütün fəaliyyətlərimiz maliyyələşdirilir və buna tərəfdaşlara paylanan pul və rüşvətlər daxildir.
NİYƏ ŞİMALİ AMERİKA VƏ QƏRBİ AVROPA VARLI HƏYAT YAŞAYIR. DÜNYADAKI 6 MİLYARD İNSAN, BİZİM 1 MİLYARD İNSANIMIZ ÜÇÜN İŞLƏYİR
 
Bu nümunələr aysberiqn kənardan görünən hissəsidir. Gördüyünüz kimi, dünyanın hər bir nöqtəsi nəzarətimiz altındadır. Heç düşünürsünüzmü ki, Şimali Amerika və Qərbi Avropa ölkələri vətəndaşlarına rahat və zəngin həyat imkanları təqdim etdikləri halda, dünyanın digər ölkələrində niyə səfalət və bitməyən qarışıqlıqlar var? Çünki biz seçilmiş irqik, digərləri yalnız quldurlar. Əgər yaşamaq istəyirlərsə, ömür boyu bizə bu şəkildə xidmət etmək məcburiyyətindədirlər. Dünyadakı 6 milyard insanı bizim cəmiyyətlərimizdəki 1 milyard insan üçün işləyirlər. Bütün var-dövlətləri bizim şirkətlərimizə və bilavasitə bizim ölkələrimizə aiddir. Biz inkişaf etmiş ölkələr hər gün daha da varlandığımız halda, üçüncü dünya ölkələri iqtisadiyyatları dağıdılmış, xalqı uydurma müharibələr və hadisələrlə səfalətə sürüklənmiş çarəsiz vəziyyətdə; rifah içində yaşayan başçıları və zəngin təbəqələri isə bizim əmrlərimizi gözləyirlər.
 
Bizimlə əməkdaşlıq edənlər öz bölgələrini bizim nəzarətimiz altında idarə edəcəklər. Üçüncü sinif ölkələrin xalqları təhsil səviyyələrinə görə fəhlə kimi işləyəcəklər. Bu sinfə daxil olan ölkə insanları üçün şənbə günlərindən başqa bütün bayram və istirahət günləri ləğv ediləcək, ancaq qarınlarını doyduracaq maaş qarşılığında, bütün il boyu həftənin altı günü işləyəcəklər. Bizim insanlarımız isə günün çox az bir qismini işə ayıracaq və günün qalan hissəsini zövq və əyləncəylə keçirəcəklər."
 
Əlbəttə, bütün bu deyilənlər Rokfeller və Rotşild ailəsinin sözləri deyil, amma dəqiqliklə onların əməlləridir. Sadəcə, bir neçə dəqiqəliyinə oturub fikirləşsək və dünyada baş verən proseslərə diqqət yetirsək, söylənilənlərin həqiqiliyini görərik. Baxın, bütün dünya mediası nələrdən xəbər verir: aclıq, səfalət, müharibədən qaçmaq istəyən insanlar. Amma imkan vermirlər 2 dövlət yan-yana gəlib başlarına gələn problemə çarə axtarsınlar, səfalətdən, aclıqdan çıxış yolu barədə müzakirə aparsınlar. Dərhal bir bəhanə ilə dövlətləri düşmən edirlər.
 
Yuxarıda sadalananlar 2016-cı ilin ən məşhur filmlərindən olan və baş rolu Pirs Brosmanın canlandırdığı "Çıxış yoxdur" filmində də qismən əks etdirilib. Filmin digər personajı etdiyi köməyə görə təşəkkür etdikdə, Pirs Brosman bildirir ki, "Ehtiyac yoxdur. Biz bura sizi qorumaq üçün gəlmişik. Sizlər əsl baş verənlərdən xəbərsizsiniz. Ölkəmizin bölgədə öz maraqları var. İstəyirik bizdən tikintilər üçün kredit götürsünlər. Krediti ödəmək imkanları olmayanda isə, onları satın alırıq." 
 
FaktXəbər Analitik Mərkəzi
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Rotşild - Rokfeller -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:29-12-2016 16:48 - Oxundu: 9284
Analiz
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?
21-06-2016 14:09 Bankların yarısı illik hesabatını açıqlamayıb
17-06-2016 14:42 Formula 1 dövlət büdcəsindən nə qədər pul "yeyəcək"?
17-06-2016 12:06 Keçmiş maliyyə naziri: AZƏRBAYCAN BANKLARI ÇÖKÜR
16-06-2016 14:48 Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...
07-06-2016 15:24 Gömrükdə möcüzə: İdxalla ixrac azalsa da, büdcəyə ödənişlər artıb
31-05-2016 15:52 "335 milyon israfçılıqdır" deyənlərə SOCAR-dan cavab
31-05-2016 12:03 Bu gün pul deyil, müştərilərin etimadını qazanmaq zamanıdır...
31-05-2016 11:26 Xızıda mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır
24-05-2016 14:08 İqtisadi amnistiya heç kimi çaşdırmasın...
20-05-2016 17:03 Nefti bahalaşdıran qlobal siyasət karuseli - TƏHLİL
20-05-2016 10:07 "Neft yaxın illərdə bahalaşmayacaq"
17-05-2016 11:17 "Etibarsız" etibarnamə
06-05-2016 16:26 Nəzarət Palatası özündə cəsarət tapmadı...

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mikayıl Cabbarov 20 Yanvar ilə bağlı əmr imzalayıb
16-01-2017 11:19
Çin əsgərlərinin təlimi və sıra keçidi bütün dünyanı heyrətə salıb - VİDEO
16-01-2017 15:40
Xüsusi təyinatlıların gülməli anları - Video
16-01-2017 10:57
Qırğızıstanda Türkiyəyə məxsus təyyarə binaların üstünə düşüb: Qurbanlar var - VİDEO
16-01-2017 08:52
Azərbaycanda bir universitetin fəaliyyəti dayandırıldı
16-01-2017 15:50
Dolların qiymətində KƏSKİN BAHALAŞMA
16-01-2017 14:23
"2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
16-01-2017 19:04
Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu - PUL VERİLƏCƏK
16-01-2017 12:42
Azərbaycan Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb
16-01-2017 16:26
Astarada şagirdi döyən müəllim cəzalandırılıb
16-01-2017 15:12
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru
® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az