Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
12:36
15831
`Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram` - RASİM BALAYEV

"Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq”.

Bunu  ötən gün Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Xalq artisti Rasim Balayev isə Modern.az-a deyib ki, həmin fikirlərin hamısı yalandır:

"Mənim şəxsi pensiyam çox azdır, yəni 150-160 manat alıram.  

Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada qeyd edilib ki, guya mənimlə əlaqə yaradıblar. Halbuki, mən  heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Şəfiqə Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanıb.

Xatırladaq ki, Rasim Balayev bir neçə gün öncə maddi sıxıntılarından bəhs edərkən dərman almaqda çətinlik çəkdiyini bildirmişdi. Xalq artisti, deputat Zeynəb Xanlarova isə bu məsələni parlamentdə qaldıraraq, aidiyyəti nazirlikləri aktyora kömək etməyə çağırmışdı.

Məqalədə : Rasim Balayev 
Mövzu üzrə xəbərlər
Şərhlər
ismayılov Elşən tərəfindən 21-11-2017 11:56:20 tarixində yazıldı
El üçün ağlayan gözündən olar
Millət vəkillərinin bir çoxları özlərini fikirləşir, xalq onların nəyinə lazımdı.Bütün verilən qərarlar onlara xeyir edir. Elə qanunlar verilir, elə qərarlar çıxarılır ki, vəzifəli şəxslərə ziyan eləməsin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru