Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Avqust

2017
12:35
430
`Qurdlar Vadisi Xaos` gəlir - FOTO

"Pana Film"in yeni layihəsi olan "Qurdlar Vadisi Vətən" 29 sentyabrda ekranlara çıxacaq.

FaktXəbər-in məlumatına görə, Necati Şaşmazın baş rolda yer aldığı, uzun illər televiziya serialı olaraq ekranlara çıxan və bundan başqa 4 ayrı filmi çəkilən "Kurtlar Vadisi"nin yeni filminin fraqmenti keçirilib.

Şaşmaz filmin çəkilişlərinin beş həftə davam etdiyini bildirərək, "biz bu filmi çəkməyə qərar verdiyimiz vaxtdan bu günə qədər çox çətin prosesdən keçmişik. Biz 17 və ya 18 iyulda çevriliş cəhdi ilə bağlı "Qurdlar Vadisi" filmi çəkmək istəyirik dedik. Çox gərgin bir tələb olduğu üçün belə bir film çəkməyi düşündüyümüzü söylədik", - deyə qeyd edib.

Bu prosesdə əleyhlərinə kampaniyalar apaıldığına işarə edən Şaşmaz, "təbii ki, hüquqi istiqamətləri ayrıdır, lakin biz işimizlə cavab vermək istədik və bu gün o cavabı veririk. Bundan sonrakı prosesdə yeni mövsümdəki serialımızın adı "Qurdlar Vadisi Xaos" olacaq", - deyə bildirib.

Yeni serialın 2018-ci ilin əvvəlində tamaşaçıların ixtiyarına veriləcəyini bildirən Şaşmaz, bu tip çəkilişləri ekranlara çıxarmağa davam edəcəklərini söyləyib.

Şaşmaz 15 iyuldan sonra baş verən böhranı da xatırladaraq, belə davam edib:

"Önəmli deyil, alnımız açıqdır. Bizim kim olduğumuzu bu millət çox yaxşı bilir. Biz illərdir insanlar mübarizə aparmadığı vaxtda FETÖ adlanan təşkilatla mübarizə aparırdıq, aparmağa da davam edəcəyik. Yeni filmimizin mövzusu Türkiyənin yaşadığı o məlum gecənin pərdəarxası və problemlərin əsas mənbələridir."

Məqalədə : Qurdlar Vadisi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru