Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
22:53
2585
`Qarabağ` Gürcüstan təmsilçisini darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçını qələb ilə başa vurub. Oyun komandamızın 5-0 hesablı qələbəsi ilə bitib.

FaktXəbər-in məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia” idi.

Oyunda ilk qolu 10-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən Əfran İsmayılov vurub. Matçın 37-ci dəqiqəsində Dino Ndlovu rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Vino Ndlovu oyunun ilk hissəsində özünün ikinci , komandasının isə üçüncü qolunu vurub. Oyunda növbəti qol Donald Gerryerdən gəlib. 83-cü dəqiqədə hesab 4-0 olub. Sonuncu qol isə uzatma dəqiqələrində Miçeldən gəlib, 5-0.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanı türkiyəli hakimlər idarə edib. “Qarabağ” ikinci görüşdə də qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

Məqalədə : Qarabağ komandası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru