Tarix:24-11-2016 09:34
“Məni bir müxalifət lideri satdı” - Eynulla Fətullayevdən sensasion açıqlamalar
Şərh yaz
Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev "Yeni Müsavat" qəzetinə ölkə gündəmini əhatə edən maraqlı müsahibə verib. FaktXəbər oxucuları üçün maraqlı olacağını nəzərə alıb, onu təqdim edirik.
 
R.Arifoğlu: 
 
- Deyirsiz ki, Cəmil Həsənli praqmatikdir. Bu cür siyasi praqmatiki nə vadar etdi ki, bu çevrəyə özünü salsın? 
 
- İddia. Bizim siyasi isteblişmentin digər bir bəlası iddiadır. Odur, Gültəkin Hacıbəylidir, hər ikisində aşırı iddia var. 
 
R.Arifoğlu: 
 
- Gültəkin Hacıbəylinin mövqeyi də çox maraqlıdır. Hakimiyyət düşərgəsindən o qədər imkanları buraxdı və keçdi Əli Kərimlinin yanına... 
 
- Mən Gültəkin Hacıbəylini YAP-da olanda görmüşəm və onunla çox söhbətlərimiz olub. Onun ədaları, özünü aparması, mimikaları... Birdən-birə adam yüz faiz dəyişir və sənin qarşında Roza Lüksemburq yaranır. Bir gün sən Gültəkin Hacıbəyli simasında partokrat Lüdmila Furtsevanı görürsən, o biri gün isə Rozaya çevrilir. Mən onu fanatik yapçı kimi tanıyırdım... 
 
R.Arifoğlu: 
 
- Amma çox da cəsurdur. Bir çox kişilərin qorxduğu tənqid və fikirləri deyir, siyasi “tormoz”u yoxdur, sanki. Amma ona dəymirlər. Toxunulmazlığı var sanki... 
 
 
- Toxunulmazlıq deyil bu. Sadəcə, elə adamlar var ki, onlar adi insan həyatı yaşaya bilmir. Bu, həm şöhrətpərəstlikdir, həm də komplekslərin girovuna çevrilməkdir. 
 
R.Arifoğlu:
 
- Eynulla bəy, mümkünsə müxalifət düşərgəsindən çıxaq. Bayaq həbsinizlə bağlı danışdız, üstündən keçdik... Siz dəfələrlə demisiz ki, məni Çovdarov-Mahmudov mafiyası həbs etdirib. Sonradan məlum oldu ki, bunlar dövlətdə çox mühüm bir postu, sahəni ələ keçiriblər və istədiklərini ediblər. Və bu prosesin içində zərərçəkmiş kimi tanınmış jurnalist Eynulla Fətullayev də olub. Siz niyə onlardan rəsmən şikayət etmirsiz? Bəlkə etmisiz, bizim xəbərimiz yoxdur? Sizin onlarla yollarınız niyə toqquşdu? Bu toqquşmada Elmar Hüseynov faktorunun nə dərəcədə rolu var? 
 
- Akif Çovdarov adını 2007-ci ilin mart ayına qədər eşitməmişəm. Çovdarov mənim eşitdiyim ilk azərbaycanlı soyadı idi. O zaman bir nəfər bunun adını həbsxanada çəkmişdi (Mən onunla gedib həbsxanada görüşmüşdüm). Mən Elmar Hüseynovun qətlinin izi ilə gedirdim. Əslində başqa bir adamın izi ilə gedirdim. Amma mənə dedilər ki, yox, yanlış izdəsən. Orda yeni Hacı Məmmədov var, onun da adı Akif Çovdarovdur... 
 
S. Telmanqızı: 
 
- Bəs sonra? 
 
- Ondan sonra məni bir müxalifət lideri satdı. Mən bu müxalifət liderinə zəng etdim, çünki onun məlumatlı, informasiyalı olduğunu bilirdim... Ondan görüş istədim, bulvarda çay içdik. Ona dedim ki, MTN-də Çovdarov deyə biri var, onunla bağlı məlumatlısızmı? Amma bu adamla danışanda mən bilməmişəm ki, onun keçmiş MTN rəhbərliyi ilə əlaqəsi var. Demək, bu adam mənlə görüşəndən sonra dərhal gedib MTN rəhbərliyinin yanına. Onlara deyib ki, Eynulla Fətullayev mənimlə görüşdü və Akif Çovdarovla maraqlandı. Bunlar da şübhələniblər. Çünki Akif Çovdarov o zaman qapalı isim idi. 
 
R.Arifoğlu: 
 
- O zaman MTN-dəki məlum vəzifəsində idi? 
 
- Bəli, yenicə düzəlmişdi. 
 
S.Telmanqızı: 
 
- Hələ Aqil Xəlil döyülməmişdi? 
 
- Yox, Aqilin döyülməsinə var idi hələ. Məndə olan məlumata görə, həmin vaxt mənim telefonumu yoxlamağa başlayıblar - şəbəkə içində harada olmağım araşdırılıb. O zaman görmüşdülər ki, mən harasa girib, kimləsə görüşmüşdüm. Tiflisdəki Teymuraz Əliyevlə (Elmar Hüseynovun qətlində adı hallandırılan şəxs-S.T.) görüşdən sonra da məni MTN-ə çağırıb, görüşdülər. Xəbərdarlıq da etdilər ki, bu məsələlərə müdaxilə etmə. ...Akif Çovdarovla ən maraqlı söhbətlərimiz həbsxanada olub. Mən bu barədə məhkəmələrimdə də danışmışam. Amma indi mövzu aktualdır deyə, yaddaşı təzələmək lazımdır. Mən kamerada idim, gəlib xəbər verdilər ki, rəisin otağında bir nəfər səni gözləyir. Getdim gördüm bir nəfər oturub. 
 
 
Dedi: “Akif Çovdarovu axtarırdın, Akif Çovdarov mənəm, gəl əyləş, söhbətimizi davam edək”.  Soruşdum ki, məni niyə həbs etmisiz? Dedi ki, biz səni burdan elə-belə buraxa bilmərik. Dedim, nə etməliyəm? Dedi, biz səni “verbovka” etməliyik, MTN-in agenti olmalısan. İkincisi, sən Elmar Hüseynovun qətli ilə bağlı ifadə verməlisən. Həmin ifadəndə də deməlisən ki, Elmar Hüseynovun otağında idman çantası görmüsən, o çantanın da içində 300 min avro pul olub. Mən dedim ki, siz nə danışırsız? Axı Elmar rəhmətə getməzdən bir həftə əvvəl evini satlığa qoymuşdu, hətta evin behini də almışdı bir lənkəranlı oğlandan. 300 min avro pulu olan adam da evini satar? Bu, nə məntiqdir? Dedi, sən fikir vermə, mən deyəni de. Müstəntiqlər Sahib Ələkbərovla Sərdar Carçıyevə bu dediklərimi deyərsən. Həm də de ki, Yaqub adlı adamla Elmarın mübahisəsi olmuşdu. Soruşdum ki, Yaqub kimdir? Dedi, samboçu, idmançı olub, onu da 7 ay bundan qabaq öldürüblər. Dedim, axı mən burda hər gün prezidentə məktub yazıram. İndi soruşursuz ki, niyə şikayət etmirsiz? Mən bu adamlardan şikayətimi hamıdan qabaq etmişəm. Daxili İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara, prezidentə, Avropa Məhkəməsinə onlarla bağlı şikayətim var. Mən bu insanlara qatil, cinayətkar demişəm. 
 
R.Arifoğlu: 
 
- Yəni siz həbsdə olarkən onları Elmar Hüseynovun qətlində açıq-aşkar suçlamısız... 
 
- Nəinki o məsələdə.
 
R.Arifoğlu: 
 
- Bəlkə səhv edirsiz? Yanılma payı yoxdurmu dediklərinizdə? Dövlət vəzifəsində olan şəxslər bunu niyə etsinlər ki? 
 
- Rauf bəy, bu insanlar kadırovçulardır. Təfəkkürləri də elədir. Mən həbsxanada olanda Antiterror İdarəsinin rəhbəri Elçin Quliyev də yanıma gəldi, danışdılar. Mən həbsdə olanda bir-bir qalxırdılar yuxarı (gülür).  Onlarda cinayətkar psixologiyası var. 
 
S.Telmanqızı: 
 
- Amma yenə də bunlar təxmin səviyyəsindədir də. Siz Tiflisdə Teymuraz Əliyev və onun dostları ilə görüşdüz. Onlarla Çovdarov, eləcə də MTN rəhbərliyi arasındakı bağı, əlaqəni necə qurduz? Konkret sübutlarınız varmı? 
 
- Mən bu məsələni lap qoyuram kənara. Mənim atam zərgər idi, 25 il bu sahədə çalışmışdı. Bütün Bakının zərgərləri atamın yaxın çevrəsi idi. Onların hamısını girov aparırdılar. Bir gün atam gəlirdi ki, filankəsi apardılar. Gecəynən başına torba keçirib, aparırdılar MTN-ə. Birindən 300 min, o birindən 500 min, bir başqasından 1 milyon istəyirdilər. 
 
R.Arifoğlu: 
 
- Eynulla bəy, bu dediyiniz əməllərin hamısını açdılar. Amma Elmar məsələsi ilə bağlı  nə sizin iddialarınızı  rəsmi şəkildə təkzib edən var, nə də bu fraqmenti araşdıranlar... 
 
 
- Jurnalistin vəzifəsi nədir? Jurnalist araşdırma aparır, şübhələrini yəqin edir, onu dilə gətirir. Bununla da bizim missiyamız başa çatır. Biz bilmirik ki, sonrakı proseslər necə davam edir. Mən düşünürəm ki, biz hələ prosesin başlanğıcındayıq. 
 
R.Arifoğlu: 
 
- Eldar Mahmudov da hələ həbs olunmayıb. 
 
- Bəs mən ona görə deyirəm ki, biz hələ proseslərin hansı cərəyanla inkişaf edəcəyini bilmirik. Görünür, bizim hələ bilmədiyimiz çox məqamlar var. 
 
R.Arifoğlu: 
 
- Cinayətkar qrupla bağlı olan iki nazir var. Bunlardan biri Əli Abbasovdur ki, barəsində bəzi ifadələr var. Digəri isə Eldar Mahmudovdur ki, hələ onun əleyhinə ifadə verilməyib. Bu iki, öz sahəsi üzrə güclü olan iki komanda üzvünün həbsini gözləyirsiz, ya bunlarsız gedəcək proses? Sizin “bu, hələ başlanğıcdır” deyə haqqında danışdığınız proses onlara da sirayət edəcəkmi? 
 
- Eldar Mahmudov 10 ildən artıq bir müddətdə Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərlik edib. Ölkənin ən məlumatlı insanıdır. Ümumiyyətlə, yazılmamış qaydalar, qanunlar var. Xüsusi xidmət orqanı dərin dövlət deməkdir. Və hətta Hitler Almaniyasında hamını həbs etsələr də, Şelinberqi həbs etmədilər. Hamını edam etdilər, Şelinberq və Müller itdilər. Şelinberq, ümumiyyətlə, İsveçrə və İtaliyada yaşayırdı, öz əcəli ilə dünyasını dəyişdi. Mən tarixdə belə presedent görməmişəm ki, xüsusi xidmət orqanlarının rəhbəri həbsxanaya girsin. 
 
R.Arifoğlu: 
 
- Yəni siz deyirsiz ki, artıq Mahmudov həbsə girməyəcək? O yazılmamış qanunlar onun üçün də tətbiq olunacaqmı? 
 
- Çətindir nəsə demək.  Biz yalnız gümanlarımızı bölüşə bilərik. Mənə elə gəlir ki, bütün dövlətlərdə yazılmamış qanunlar var. Şelinberqi həbs etməyiblərsə, Eldar Mahmudovu niyə həbs etsinlər? 
 
S.Telmanqızı: 
 
- Sizdəki məlumatlar necədir? Eldar Mahmudov indi öz bağında və ya evində rahat oturub, şəhərdən çıxmır, ya da çıxır? Necədir onun durumu hazırda? 
 
- Biz bilmirik ki, Eldar Mahmudov daha hansı xəyanətlərə imza atıb. 
 
 
H.Herisçi: 
 
- Siz inanırsız ki, o, hazırda sağdır və Azərbaycandadır? Mənim ilk gündən şübhəm var buna. Şəxsi duyumla deyirəm bunu, əlimdə hər hansı fakt, dəlil yoxdur. 
 
- Mənim əlimdə hansısa fakt yoxdursa, şəxsi hipotezlə necə çıxış edə bilərəm? Mən Eldar Mahmudovun nə ölüsünü, nə dirisini görmüşəm. Heç kim görməyib. Amma mən düşünürəm ki, sağdır. Onun yaxın çevrəsində adamlar var, onlar vasitəsilə öyrənmişəm ki, sağdır, sadəcə, ev dustağıdır. 
 
S.Telmanqızı: 
 
- Hazırda Akif Çovdarovun məhkəməsi gedir. İzləyirsizmi? Onun məhkəməsindən MTN işi adına nə gözləyirsiz? Necə düşünürsüz, A.Çovdarov hansısa formada ifşaedici fiqur ola biləcəkmi? Yoxsa Gülər Əhmədova, Hacı Məmmədov kimi sona qədər dövlətə öz sədaqətini nümayiş etdirəcək? 
 
- İzləyirəm təbii ki. Bizim müxbir hətta zalda oturub, prosesləri izləyir. Onsuz da Akif Çovdarova mənim hörmətim yox idi. Amma düşünürəm ki, Hacı Məmmədov Akif Çovdarovdan daha ləyaqətli adamdır. Çünki kişi eşafota da alnı dik, ləyaqətlə getməli, son ana qədər ləyaqətini qorumalıdır. 
 
S.Telmanqızı: 
 
- Siz onun aclıq etməsinə görə bu qənaətə gəlmisiz? 
 
- Yox, aclığa görə deyil. Siz onun replikalarına, özünü müdafiəsinə baxın. Hacı Məmmədov müəyyən mənada alicənab idi... 
 
S.Telmanqızı:
 
- (Gülərək) Eynulla bəy, Hacı Məmmədov qadın qaçırırdı, hansı alicənablıqdan danışırıq?
 
- Yox e, mən onu demirəm. Ləyaqət kodeksindən danışıram. Bu adam kislorod balonu ilə məhkəməyə gəlir, skamyaya uzanır. Sən generalsan e... Heç olmasa mundirinə hörmət elə. 
 
S.Telmanqızı: 
 
- Belə çıxır ki, bərkə-boşa dözümləri yoxdur. 
 
- Razısız mənimlə? Adam məhkəmədə skamyasında uzanır. Piri babanın nağıllarından sitatlar gətirir. Mən Hacı Məmmədovun proseslərini də izləmişəm. Özünü aparması, vücudu, davranışı, sözləri. Heç vaxt heç kimdən nəsə xahiş etmədi. Nə soruşurdularsa deyirdi ki, mən eləmişəm, düz eləmişəm, filan şeyə görə etmişəm. 
 
S.Telmanqızı: 
 
- Bəs Akif Çovdarov nə edəcək, sizcə? Sınacaq sonda? 
 
- O, artıq sınıb. Akif Çovdarov hakimin  qarşısında diz çöküb uşaq kimi ağlayır. 
 
R.Arifoğlu: 
 
- Niyə heç Eldar Mahmudovun adını çəkmir? O xətt açıq görünür. 
 
- Axı Akif Çovdarov Eldar Mahmudovun sanki sağ əlidir. 
 
R.Arifoğlu: 
 
- Həm də bir xilas kəməri kimimi baxır? 
 
- Düşünmürəm. O bilir ki, oyun bitib. Bu, ona nə verəcək ki? Heç nə. Sadəcə, bu gün Akif Çovdarov özünü xilas etmək istəyir. Xilası da bilirsiz nədə görür? Ölmək istəmir. Bilir ki, 15 il həbs onuncun ölüm hökmüdür. 
 
S.Telmanqızı: 
 
- Necə düşünürsüz, hələ də hansısa şansı qalıbmı? Bu manevrlər ona hakimiyyətin rəhmini qazanmağa imkan verəcək? 
 
- İnanmıram. Bu adam təpədən dırnağa qədər cinayətkardır. O, azadlığa çıxsa, daha bu haradan ədalət mühakiməsi oldu? 200-dən artıq epizod var. Necə xilas olunacaq? Akif Çovdarov çox qorxaq adamdır. Mən bunu onunla görüşdə də hiss etdim... Sentyabrın 25-də mənim ad günüm idi. Təcridxanada idik. Məni çağırdılar. Girdim rəisin otağına. Gördüm ki, böyük masa açılıb. Akif Çovdarov da içəridə. Dedi ki, bu masa sənin üçün açılıb. Mən də artıq 6-cı ay idi ki, borşla qreçka yeyirdim.
 
Sovqat da buraxmırdılar. Gördüm ki, masanın ortasında da bir viski butulkası. Dedim ki, bu viskini içə bilərəm? Ani olaraq düşündüm ki, bunu zəhərləyib. Açığı, ölmək istəyirdim. Mənəvi cəhətdən çox yorulmuşdum. Təsəvvür edin ki, aylardır həbsdəyəm və məndən Elmar Hüseynovla bağlı saxta ifadə verməyimi tələb edirlər, bu tərəfdən də ağır ittihamlar. Düşündüm ki, mənim qismətimdir, içəcəm bu viskini... Ölərəm ölərəm, qalaram qalaram. Götürdüm o viskini başıma çəkdim. Qoydum masanın üstünə. Akif Çovdarovla bir-birimizin gözünün içinə baxdıq...
 
 
S.Telmanqızı: 
 
- Bu ad günü qonaqlığının, jestin səbəbi, məqsədi nə idi? 
 
- Məqsəd körpü yaratmaq. Çünki mən artıq ittihamlarımı demişdim. 
 
S.Telmanqızı: 
 
- Sizinlə bağlı sonuncu cəhdi bu oldu? 
 
 
- Bəli, sonuncu cəhdlərdən biri idi. Orda çox maraqlı epizod oldu. Biz söhbət edəndə nəsə həbsxanadan söz düşdü. Dedi ki, Allah göstərməsin, Allah göstərməsin... Qulaqlarını çəkdi, “kış kış” elədi. O məlum jest... Guya mənə psixoloji təsir etmək üçün idi. Həbsxananın necə ağır olduğunu mənə yeritmək üçün etdi. Akif Çovdarov həbsə girəndə nəyə görəsə bu mənzərə gözümün qabağına gəldi. Çox qorxaq adam idi. Cinayətkarlar hər zaman qorxurlar. İnsan nə zaman adam öldürür? Qorxaqlıqdan. Çox nadan, savadsız adam olub. O, ömründə kitab oxumayıb... 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Eynulla_Fətullayev - Akif_Çovdarov - Eldar_Mahmudov -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:24-11-2016 09:34 - Oxundu: 973
Münasibət
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?
07-02-2017 15:31 Manatın bu qədər ucuzlaşması sahibkarlar üçün problem yaradacaq
07-02-2017 15:00 YAP-çı deputatdan Jirinovskiyə cavab: Bu, Rusiyanın mövqeyi deyil
07-02-2017 13:00 Dollara tələbi necə dəyişək?
07-02-2017 11:59 "İntihar kabusu": Doğmalıq, qohumluq kimi dəyərlər itməyə doğru gedir
07-02-2017 09:32 Ekspert ölkəmizi təhdid edən terrorçulardan danışdı...
07-02-2017 09:13 İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
06-02-2017 14:15 Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"
06-02-2017 10:03 Trampın imzaladığı qadağaların Azərbaycan vətəndaşlarına...
06-02-2017 09:39 "Heç vaxt indiki kimi bahalaşma olmamışdı" - Dərman alıcıları
04-02-2017 11:23 Rusiya Gürcüstanın seçiminə hansı reaksiyanı verəcək?
04-02-2017 10:27 Dollar ucuzlaşır – müvəqqəti, yoxsa...
03-02-2017 14:24 "Fatimeyi Zəhra" məscidi barədə vəkil və komitə nümayəndəsi danışdı
03-02-2017 14:17 YAP-çı deputat: "Molla deyir ki..."
03-02-2017 10:31 "Müxalifət partiyaları hesabat versin" tələbinə əks düşərgədən cavab...
03-02-2017 10:15 Xarici ölkələrdən gələn zənglərin səbəbi nə ola bilər?..
03-02-2017 09:43 11 ildir qəbul olunmayan Rəqabət Məcəlləsi - SƏBƏB
02-02-2017 13:15 Rəis müavini: “Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar”
02-02-2017 09:53 Böyük sərvətə sahib məmurlar pullarını ölkədən çıxarırlar - Ekspert
31-01-2017 10:44 Məcburi köçkün yataqxanalarında sayğaclar quraşdırılmağa başlandı
28-01-2017 11:13 Məcburi köçkünlərin sayğac üsyanına iki fərqli münasibət
28-01-2017 11:02 Dollar manatın “nəfəsini kəsir”-Elman Rüstəmov bankirləri topladı
27-01-2017 13:11 "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?"
27-01-2017 09:51 Süni qidanı həkim təyin etməlidir - Pediatr
26-01-2017 10:54 İntihara ən çox meyilli üç peşə sahibi
26-01-2017 10:01 Elmar Məmmədyarovun kritik Moskva səfərinin pərdəarxası
24-01-2017 10:57 İqtisadçılar minimum əmək haqqı barədə danışdılar: Artım cüzidir, lakin...
24-01-2017 10:14 Amerikadakı həbslərə azərbaycanlı hüquq müdafiəçilərinin münasibəti
23-01-2017 11:08 "Vətəndaşlarımız öz pullarını evlərdə və seyflərdə saxlayırlar"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Ermənilər Talış kəndinə hücum edib itki verdilər...
27-02-2017 10:31
Şəhidlərimizin nəşləri döyüş bölgəsindən çıxarıldı - RƏSMİ
27-02-2017 16:56
Terrorçuların qənimi olan 62 yaşlı qoca: 300 nəfər öldürdü - VİDEO
27-02-2017 12:04
Hərbçilərimizin meyitləri olan ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır - RƏSMİ
27-02-2017 16:15
Müdafiə Nazirliyi ŞƏHİD hərbçilərin adlarını açıqlayıb
27-02-2017 10:38
Şəhid olan hərbiçilərimiz- FOTOLARDA
27-02-2017 11:30
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-02-2017 10:51
"S-400"dən 12 raket buraxılışı - VİDEO
27-02-2017 14:28
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
27-02-2017 09:15
Türkiyə xüsusi təyinatlıları Xocalının 25 illiyini belə qeyd etdilər - VİDEO
27-02-2017 12:32
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az