Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

11 Sentyabr

2017
11:41
695
`Məktəblərin çoxunu Rus dili müəllimiləriylə təmin edə biləcəyik`

"Yeni tədris ilində məktəblərin çoxunun ibtidai siniflərini Rus dili müəllimi ilə təmin edə biləcəyik".

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, ötən illərdən fərqli olaraq, bu il Rus dili müəllimlərinin nəticələri müəllimlərin işəqəbul üzrə müsabiqələrində daha yüksək olub.

M.Vəliyeva qeyd edib ki, müəllim-kadr çatışmazlığı olacaq məktəblər öz kadrları hesabına sinifləri müəllimlə təmin edəcək.

O əlavə edib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı Təhsil Nazirliyi tədbirlər planını təsdiq edib: "Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Bakı Şəhər üzrə Təhsil İdarəsi olaraq həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcəyik".

Məqalədə : müəllimlər rus dili 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru