Tarix:17-04-2017 15:12
"Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
Şərh yaz
Bakının Yasamal rayonundakı Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün yaradılmış xüsusi komissiya məsciddə olub, məscidə gələn möminlərlə görüş keçirib.
 
Bu barədə APA-ya açıqlamasında xüsusi komissiyanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
 
Onun sözlərinə görə, görüş zamanı sakinlər prezident İlham Əliyevin məsələyə münasibətini İslama olan böyük diqqət kimi dəyərləndiriblər: "Komissiya tərəfindən məscidin texniki baxımdan müşahidəsi aparıldı, eyni zamanda möminlərlə görüş oldu. Məscidlə bağlı müxtəlif təkliflər var. Təkliflər sənəd halında təqdim olunacaq, Hacı Cavad məscidi ilə bağlı məsələ həmin təkliflər əsasında həllini tapacaq”.
 
M. Qurbanlı qeyd edib ki, komissiyada təmsil olunan qurumlar tərəfindən məscidlə bağlı verilən təkliflər müvafiq olaraq həmin qurumun sahəsinə aiddir: “Məsələn, bizim komitənin təklifləri hüquqi müstəvidə olan məsələləri əhatə edir. Qafqaz Müsəlmanları İdarəsinin təklifləri şəriət qaydalarına əsasən məscidin yerinin dəyişdirilib-dəyişdirilməməsini araşdırmaqdır. Fövqəladə Hallar Nazirliyinin rəsmiləri orada texniki ekspertiza keçirəcəklər, məscidin davamlılığı kimi məsələlərə baxılacaq. Yasamal Rayon İcra Hakimiyyəti ərazidə aparılan quruculuq işləri ilə bağlı məscidin yerinin dəyişdirilməsi məsələsini qoyur. Bütün bu təkliflər əsasında yekun rəy hazırlanacaq, lazımı addımlar atılacaq. Komissiyanın son rəyi ictimaiyyətə açıqlanaq”.
 
Komitə sədri bildirib ki, məqsədə uyğun olsa, məscid üçün yeni yer ayrılacaq və həmin yerdə bu məsciddən də böyük, daha təmtəraqlı, İslami dəyərlərə uyğun eyni adda məscid inşa olunacaq: “Bu bina sovetlər dövründə məscid kimi istifadə olunmayıb, orada müxtəlif idarələr yerləşib, arakəsmələr inşa edilib. Yekun qərardan asılı olaraq başqa yerdə məscidi tikən şəxsin adını daşıyan yeni məscid tikilə bilər. Ümumiyyətlə, söhbət zamanı da məscidə gələn möminlər onun yerinin dəyişdirilməsində heç bir problem görmədiklərini bildirirlər. Dünyanın bir çox müsəlman ölkəsində məscidlərin yerinin köçürülməsi praktikası olub. Məscidin yerini dəyişmək başqa şeydir, binanı sökmək başqa şey. Sökmək odur ki, söküb yerində heç nə tikmirsən, yerini dəyişdirmək isə odur ki, eyni adda və yeni formada başqa yerdə tikirsən”.
 
Hacı Cavad məscidində dini icmanın qeydiyyatı ilə bağlı məsələyə də aydınlıq gətirən M. Qurbanlı bildirib ki, həmin məscid müstəqilliyin ilk illərində ovaxtkı qayda ilə 10 nəfərlə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ediləndən sonra isə yeni qaydaya uyğun olaraq hüquqi ünvan göstərilməklə, 50 nəfərin imzası ilə qeydiyyata alınmaq lazım idi. Həmin məscidin icması tərəfindən isə belə təşəbbüs olmayıb, axund da QMİ-dən təyin olunmayıb, qeyri-rəsmi fəaliyyət göstərib. Məscidlə bağlı qərar veriləndən sonra yeni yerdə təzədən fəaliyyət göstərən zaman icmanın qeydiyyatı da olacaq, məscidə rəsmi axund da təyin ediləcək”.
 
Qeyd edək ki, Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırlması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
"Hacı - Cavad - məscidi - ilə - bağlı - müxtəlif - təkliflər - var" -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:17-04-2017 15:12 - Oxundu: 860
Münasibət
24-04-2017 15:59 "Ev əşyalarının vətəndaşdan alınması ağır nəticələrə səbəb olacaq"
24-04-2017 09:48 İŞİD mövqelərini ard-arda itirir, sıraları da seyrəlir - Politoloq
22-04-2017 15:11 Yollardakı sarı zolaqlarda hərəkətin qadağan olunacağı vaxt açıqlanıb
20-04-2017 18:18 Mübariz Qurbanlı: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”
20-04-2017 09:22 Taksilərə vahid tarif kimə sərfəlidir?
19-04-2017 16:15 "Azərbaycanda icra başçıları ən mədəniyyətsiz zümrəyə çevrilib"
19-04-2017 09:45 "NAZ-lifan"da istehsal dayandı
18-04-2017 14:23 Hüquq müdafiəçisi ilə rəsmi şəxsin qaz mübahisəsi: "Bu absurd fikirdir"
18-04-2017 12:19 "Elə bilirsiz ki, Avropa ölkələrində..." - Əli Hüseynli
17-04-2017 15:12 "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
14-04-2017 14:05 "İşıq, qaz pulunu artırmaqla büdcəyə pul qazandıra bilməyəcəyik"
13-04-2017 11:05 Şəhid ailələri, Milli Qəhrəmanların övladları... - Sosial mənzil şansı...
12-04-2017 14:11 Dini Komitə və Mədəniyyət Nazirliyi məscidlərin sökülməsinə aydınlıq gətirib
12-04-2017 11:35 Millət vəkili dolların ucuzlaşmasından danışdı
08-04-2017 12:09 Əli Əhmədov: "Bəzi sahibkarlar vicdan hisslərini itiriblər"
07-04-2017 17:50 Dini kəsim Milli Şuranın sabahkı aksiyasına münasibət bildirdi
06-04-2017 11:07 "Məmurlarımızın xaricdə müalicə almaq istəyi..."
05-04-2017 17:13 Yol polisi "saxla" əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB
05-04-2017 14:18 Kardioloq: “Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir”
05-04-2017 10:36 "Məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm
04-04-2017 11:05 "2017-ci ildə mənzil bazarında qiymət artımı gözlənilmir"
31-03-2017 14:40 Mirvari Qəhrəmanlı: “Ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub”
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az