Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


14 May

2009
1547
`Gözün aydın` Amerika!

 Təkcə ona görə yox ki, çoxlu sayda günahsız insan qətlə yetirilmişdi, həm də ona görə ki, belə hadisə hər bir kəsin başına gələ bilərdi. Hər bir kəs başa düşdü ki, onun təhlükəsizlyi heç də təmin edilməyib. Bu hadisədən dərhal sonra müxtəlif teledebatlarda və müsahibələrdə ölkədə, xüsusilə təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında geniş müzakirələr aparıldı. Görəsən, belə hadisələrin qarşısını silahlı nəzarətlə və ya insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqla almaq olarmı? Demək olar ki, hər bir küçəsində və idarəsində video-kameralar quraşdırılan Amerikada belə hadisələr azmı baş verir? Deməli, belə hadisələrin qarşısını almaq üçün onun əsil səbəbini aradan qaldırmaq lazımdır. Bəs əsil səbəb nədir?
"Gələcəyin şoku" əsərində Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik". Bəs nədir bu hədlər? Bu hədləri kim müəyyən edir? İnsanların getdikcə dözə bilməyəcəkləri ətraf mühiti kim formalaşdırır? Biz buna müqavimət göstərmək gücündəyikmi?
Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Azərbaycan ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələlər cəmiyyətin təhlükəsizliyi məsələləridir. Ayrıca götürülmüş insanın təhlükəsizliyi isə demək olar ki, yaddan çıxıb. Bu əsasən onunla bağlıdır ki, Azərbaycan cəmiyyətində "insan" və ya "vətəndaş" anlayışı "dövlət" və ya "millət" anlayışından xeyli geridə qalır. Odur ki, Azərbaycan siyasi həyatında baş verən ən ciddi məsələləri, o cümlədən Dağlıq Qarabağ və ya regional təhlükəsizlik məsələlərini millətçilik və dövlətçilik mövqeyindən həll etməyə cəhd göstərirlər. Bu isə yanlış yaxınlaşmadır. Unutmaq lazım deyil ki, cəmiyyətin təhlükəsizliyi hələ onun elementlərinin, yəni vətəndaşların təhlükəsizliyi demək deyil. Əksinə, elementlərin geniş ehtimalla təhlükəsizliyi sistemin təhlükəsizliyi üçün mühüm zəmin yaradır. Başqa sözlə, həm daxili, həm də xarici təhlükəsizlik məsələlərini sistemdən (cəmiyyətdən) elementə (vətəndaşa) yox, elementdən (vətəndaşdan) sistemə (cəmiyyətə) yönəltmək lazımdır.

Hər bir vətəndaşın təhlükəsizliyi fiziki, maddi və mənəvi təhlükəzilik kimi üç qrupa bölünməlidir. Alvin Tofflerin qeyd etdiyi kimi, hər üç sahədə hər bir vətəndaşın dözə biləcəyi hədlər müəyyənləşməlidir. Əks halda, ya onun özü, ya da onun ətrafı dözümsüzləşir. Belə ki, ayrıca götürülən fərdin təhlükəsizliyi təkcə onun özünün hər üç sahədə təhlükəsizlik hədlərinin müəyyən olması ilə yox, həm də onun ətrafındakı insanların təhlükəsizliyi ilə bağlıdır. Odur ki, cəmiyyətin "təhlükəsiz kimi" görsənməsi hələ onun ayrıca götürülmüş fərdlərinin təhlükəsizliyi demək deyil. Hər bir dövlətin əsas vəzifələrindən biri vətəndaşlarının təhlükəsizliyini qorumasıdır. Dövlətlərin əksəriyyəti bu funksiyanı yalnız fiziki təhlükəsizliyin, qismən də mülkiyyətlə bağlı olan maddi təhlükəsizliyin qorunması kimi həyata keçirir. Dünya dövlətləri arasında çox az dövlətin adını çəkmək olar ki, vətəndaşların mənəvi təhlükəsizliyi məsələsi dövlətin prioriteti olsun. Əksər ölkələrdə, o cümlədən post-sovet ölkələrində vətəndaşların mənəvi təhlükəsizliyinin qorunmaması onların geniş informasiya imkanı olan ölkələr tərəfindən, xüsusilə ABŞ tərəfindən "mədəni müstəmləkəyə" alınmasına şərait yaradır. İrqçilik, etnik və dini dözümsüzlük, millətçilik və sair kimi insan ləyaqətinə mənfi təsir göstərən, zorakılığı və gücü təbliğ edən KİV-lər XXI əsrdə yeni müstəmləkəçilik siyasətinin mühüm silahlarıdır. Bəli, KİV, heç də çoxlarının iddia etdikləri kimi "informasiya fabriki" deyil! KİV seçilmiş auditoriyaya lazım olan təsiri göztərmək üçün istifadə edilən mühüm silahdır. XX əsrin ikinci yarısından başlayaraq bu silah ayrı-ayrı şəxslərə yox, kütlələrə yönələrək ABŞ-ın yeni müstəmləkəçilik siyasətinə xidmət etməyə başlamışdır. Artıq neçə illərdir ki, Böyük Britaniyanın BBC Teleradio Şirkəti, ABŞ-ın "Amerikanın səsi" və "Azadlıq" radioları, C televiziya kanalı və sair ABŞ və Böyük Britaniya siyasətinə tam xidmət edərək, dünya ölkələrini nəzarətdə saxlamaq üçün təbliğat maşınından ustalıqla istifadə edirlər. Üçüncü dünya ölkələrinin özünəməxsusluğunu, milli və dini dəyərlərini məhv etməyə, onlar arasında dini, etnik münaqişələri yaymağa yönələn bu silah "yavaş-yavaş təsir göstərən kütləvi qırğın" silahı kimi təhlükəlidir. KİV-lə idarəedilən və yavaş-yavaş dəyişən kütlə bunu hiss etmir. Lakin kütlə getdikcə zahirən mütiləşir, daxilən aqressivləşir.

Müxtəlif seriallar, kompüter oyunları, yerli TV-lərdə nümayiş edilən şou-proqramlar ayrı-ayrı fərdlərin təhlükəsizlik hədlərini qırır və onları mümkün təhlükələrə "açıq" edir. İnsanlar fiziki cəhətdən müxtəlif olduğu kimi, psixi cəhətdən də fərqlidirlər. KİV-lərin "açıq cəmiyyətlərə" belə hücumu getdikcə daha çox fərdi "şoka" salır. "Söz azadlığı", "mətbuat azadlığı" adı altında kiçik və zəif dövlətləri yerli KİV-lər üzərində nəzarətdən məhrum edən Qərb siyasəti, əslində bu KİV-ləri öz nəzarətində saxlayır. Zorakılığı və gücü nümayiş etdirən, "cinsi azadlıq" adı altında əxlaqsızlığı üçüncü dünya ölkələrinə "ixrac" edən çoxlu sayda filmlər cəmiyyətin əsas dayağı olan ailə münasibətlərinin qırılmasına və fərdin daha çox bağlı olduğu "kiçik cəmiyyətlərin şokuna" şərait yaradır. "Şoka" düşmüş onlarla fərd və "şoka" düşmüş onlarla ailə cəmiyyətdə minlərlə fərdə və ya ailəyə sosial təhlükələr yaradır. Belələrinə qarşı "müharibə" elan edənlər bu insanların və ya ailələrin cəmiyyətdəki dəyişikliklərə tab gətirə bilmədiklərinin və KİV-lərin "mənəvi terrorunun" qurbanı olduqarının fərqindədirlərmi? Onlar təsəvvür edirlərmi ki, belə dəyişikliklərin bir qədər də dərinləşməsi digərlərini, bəlkə də onların özlərini "şoka" sala bilər?

Bir neçə ay əvvəl ATV telekanalının "El içində" proqramında zövqlə bağlı söhbət aparılırdı. Verilişin aparıcısı həmişə təkrar etdiyi bir fikri bir daha tamaşaçıların diqqətinə çatdırıb qeyd etdi ki, televiziya kommersiya strukturudur və hansı proqrama daha çox baxılırsa və hansı proqram daha maraqlı qarşılanırsa, o proqram da yayımlanır. Kim istəyir baxsın, kim istəmir baxmasın. Əlbəttə, televiziyaya kommersiya kimi baxmağa vərdiş edən şəxsdən belə fikirləri eşitmək o qədər də qəribə deyil. Qəribə olan o idi ki, verilişdə iştirak edən millət vəkili və tanınmış jurnalist onun fikirlərinə nəinki narazılıq bildirmədilər, əksinə, bu fikirləri təsdiq etdilər. XX əsrin ikinci yarısından başlayaraq ictimai şüurun formalaşmasında ən ciddi silaha çevrilən televiziyaların kimlər üçünsə kommersiya xarakterli olması danılmaz faktdır. Lakin narahatedici fakt ondan ibarətdir ki, KİV-lərin, xüsusilə də televiziyaların kommersiya strukturu kimi gəlirli olması kütlənin mənəvi təhlükəsizliyinin azalması üzərində qurulur. Yalnız mənəvi cəhətdən sarsıdılmış kütlə ucuz və mənasız şou proqramların istehlakçısına çevrilə bilir. Televiziyalar kimlər üçünsə gəlir mənbəyi olsa da, Qərb dövlətləri üçün yeni müstəmləkəçilik metodudur. Məgər ucuz şou proqramlar, qeyri-intellektual verilişlər, dedi-qodular və s. kütlənin nəinki zövqünə, hətta dünyagörüşünə mənfi təsir göstərən verilişlər vasitəsilə əldə edilən gəlirlər ictimai şüurun və cəmiyyətin "mədəni terrora" məruz qalmasına haqq verirmi?

 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com