Tarix:31-10-2016 11:10
"Ermənilər toplum şəkildə məsuliyyət daşıyır"
Zahid Orucun ermənilər barədə dediklərinə Akif Nağıdan cavab gəldi
Şərh yaz
İqtidaryönlü deputat Zahid Orucun parlamentin son iclasında ermənilərlə bağlı təklifi geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, biz bizə qarşı döyüşən və ya döyüşmüş ermənilərlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənilər arasında fərq qoymalıyıq.
 
Z.Oruc Azərbaycan qanunlarına, konstitusiyasına hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlişlərinə icazə verilməsinin vacibliyini vurğulayıb: “Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.
 
Deputatın bu təklifi birmənalı qarşılanmayıb. Doğrudur, təklifin lehinə çıxanlar da var, amma əleyhinə çıxış edənlər də kifayət qədər çoxluq təşkil edirlər. 
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deputatın fikirlərinin yanlış olduğu düşüncəsindədir: “Biz erməniləri bölə bilmərik ki, hansının Qarabağın işğalında rolu olub, yaxud olmayıb. Mən həmişə demişəm ki, bütün ermənilər toplum şəkildə Qarabağın işğalında məsuliyyət daşıyırlar. Bunu kifayət qədər də sübut edə bilərəm. Onların içərisində elə mülki vətəndaşlar var ki, erməni hərbçilərindən çox Qarabağın işğalında cinayət törədiblər, Zori Balayanı misal çəkə bilərəm. Bu baxımdan o cür axtarışlara çıxmağın mənası yoxdur. Belə fikirlər də var ki, guya kimlərsə Azərbaycanın ərazi bütövlüyünü, Xocalı soyqırımını tanıyır. Bunlar da yanlış fikirlərdir. Azərbaycanın torpaqları işğal altındadır. Nə qədər torpaqlarımız işğal altındadır, ermənilərlə hər hansı bir təmas yolverilməzdir. Ümumiyyətlə, yaxşı erməni ifadəsi yoxdur. Bu baxımdan onların Azərbaycana gəlişlərinə icazə verilməsi hər bir halda qəbul oluna bilməz. 25 ildir bu işğal davam edir. Bu illər ərzində bir nəfər səviyyəli erməni görmədik ki, torpaqlarımızın işğalını pisləsin. Yaxud bir erməni təşkilatı belə görmədik ki, öz hökumətlərinin işğalına qarşı açıq şəkildə çıxış etsin. Bu cür məsələlərin ortaya atılması, yumşalma meyllərinin olması yolverilməzdir və Azərbaycanın maraqlarına cavab vermir. Torpaqlar işğaldan azad olunduqdan sonra hər hansı bir proseslər başlaya bilər”.
 
QAT sədri təşkilat olaraq təkliflə bağlı atacaqları addımlardan da söz açdı: “Zahid Oruc deputatdır və təklif verib. Düşünürəm ki, təşkilat səviyyəsində bununla bağlı hansısa bir addım atmağa ehtiyac yoxdur. Sadəcə, mətbuat vasitəsilə mövqelərimizi deyirik. Onun verdiyi təklifin mənasız olduğunu əsaslandırırıq. Heç kəs o prosesə qoşulmamalıdır. Əgər bu təkliflə qoşulanlar olarsa, o zaman bizim hər hansı bir addımlarımız olar. O proseslərin qarşısını almağa çalışarıq. Şükürlər olsun ki, indiyə qədər belə proseslərin qarşısı dəfələrlə alınıb. Artıq ermənilərin Azərbaycana gəlib hansısa bir tədbirdə iştirak etmələri yox dərəcəsindədir. 5-6 il əvvəl ermənilər Bakıda keçirilən tədbirlərə dəvət olunurdular. Amma indi bu hallar aradan qalxıb. QHT-lərin layihələr çərçivəsində erməniləri bura dəvət etmələri də sıfır vəziyyətindədir. Təzədən bu prosesləri dirçəltməyə çalışırlar. O da faktdır ki, beynəlxalq mərkəzlər bu prosesə ciddi şəkildə maliyyə ayırırlar. Həmin maliyyəni bunlar əldə etmək istəyirlər. Əgər sözlərini keçirməyə cəhd etsələr, onun qarşısı dərhal alınacaq”.
 
A.Nağı bu cür təkliflərin meydana çıxmasının arxasında duran niyyətlərə də toxundu: “Ola bilər ki, bunun arxasında Azərbaycanın sülhpərvər ölkə olması və digər amillər dursun. Amma bu diplomatik gediş olsa da, hadisənin mahiyyətinə uyğun təklif olmalıdır. Əgər sülhpərvər olduğumuzu göstərmək istəyiriksə, o zaman təklif verilməlidir ki, torpaqlarımız tamam azad olunsun, öz doğma vətənlərindən didərgin düşənlər geri qayıtsınlar, ondan sonra veriləcək statusdan söhbət gedə bilər. Necə olur ki, 50 min erməniyə veriləcək status gündəmə gəlir, amma 300 min azərbaycanlıya verilməli olan statusdan söhbət getmir? Məsələlər bu səviyyədə qoyulmalıdır. Kiminsə göstərişi ilə deputatlar sülhpərvərliklərini göstərə bilərlər. Digər tərəfdən, hansısa deputatın gündəmə gəlmək üçün şəxsi təşəbbüsü də ola bilər. Hər iki versiya mümkündür. Amma bu təklif Zahid Orucun öz şəxsi təşəbbüsü ola bilməz. Görünür göstəriş verilib. Amma istənilən halda hesab edirəm ki, uğursuz cəhddir”.(musavat.com)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş
Teqlər :
Akif - Nağı_Zahid - Oruc_ - -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:31-10-2016 11:10 - Oxundu: 376
Münasibət
19-01-2017 09:45 İmtahan həyəcanı insanı öldürə bilərmi... - Tibb eksperti danışır
18-01-2017 11:27 Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...
18-01-2017 10:39 Yarım ayda 19 intihar-psixoloqlar üç səbəb göstərir
17-01-2017 13:49 Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜATLAR
17-01-2017 10:40 Türk brendlərinin Bakıda 3 dəfə baha satılmasının səbəbi...
17-01-2017 10:06 "Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi..."
17-01-2017 09:46 Parlamentdə real müxalifət yoxdur - Elxan Şahinoğlu
16-01-2017 19:04 "2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
13-01-2017 10:21 Tanınmış həkimdən yayılan virusa qarşı mübarizə metodları
12-01-2017 10:53 “Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - Açıqlama
09-01-2017 11:52 "Torqovıy" küçəsində Azərbaycan dilində söz tapmaq olmur - Musa Yaqub
09-01-2017 11:39 Baş Prokurorluq: ANS rəhbərliyi ilə bağlı məlumat yayacağıq
07-01-2017 11:12 Quba məhkəməsində baş verənlər araşdırılır - RƏSMİ
05-01-2017 14:37 "Normal bir hökumətə ehtiyacımız var"
03-01-2017 19:01 Aslan İsmayılov Qüdrətdən, İlyasdan, Əlidən və İsadan danışdı
29-12-2016 11:10 Baş nazirə məxsus səlahiyyəti prezidenti yerinə yetirəcək - Ekspert
29-12-2016 10:02 "Biz hər evə ayda 100 manat ödəmək təklif etmişik"
28-12-2016 15:41 SOCAR Sanqaçalda baş verən partlayışa münasibətini bildirib
27-12-2016 12:57 Komitə sədri: "Azərbaycanda heç bir məsciddə nə sələfi, nə də nurçu qruplar yoxdur"
27-12-2016 10:34 Manatla bağlı nigarançılığı necə aradan qaldırmaq olar?
22-12-2016 16:03 "Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar"
21-12-2016 09:59 Məqsəd qaşıyıb-qaşıyıb qan çıxarmaqdır - Səməd Seyidov
16-12-2016 09:55 Deputat: "Azərbaycana on illərlə vaxt lazımdır"
15-12-2016 16:17 İlin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq
13-12-2016 20:41 İqtisadçılar Elman Rüstəmovun bəyanatına şübhə ilə yanaşır
13-12-2016 09:32 Yeni tikililərdə və həyət evlərində ucuzlaşma gözlənilir - EKSPERT
12-12-2016 11:03 Bahalıq toy-yas mərasimlərində ifratı durduracaqmı?
12-12-2016 11:00 Netanyahunun səfərinə ictimaiyyət nümayəndələrinin münasibəti
10-12-2016 12:05 Xalqda çaşqınlıq yaradırlar - Mehman Əliyev
09-12-2016 12:05 İqtisadi böhran varlılar üçün böyük təhlükədir
09-12-2016 10:48 Turizmdə Azərbaycanla Gürcüstanın fərqi - Ekspert danışır
09-12-2016 09:09 Qurban Qurbanov: "Fiorentina"ya azarkeşlik edəcəyəm"
07-12-2016 13:56 "Valyuta tapa bilmirik” - Deputat
07-12-2016 09:35 Türkiyədə dolların "öldürülmə" cəhdi uğurlu ola bilməz - Ekspert
06-12-2016 09:41 Müxalif partiya sədri Aydın Mirzəzadəyə irad bildirdi
05-12-2016 17:08 Dolların sabaha olan məzənnəsi dəyişməyib
05-12-2016 10:11 Ölkə iqtisadiyyatında ən ağır il - 2016, yoxsa 2017?
02-12-2016 10:23 Orta azərbaycanlı qiymət artımını 3-4 aydan sonra hiss edəcək
29-11-2016 10:31 Xaşla xəngələ kulinar və həkimdən fərqli münasibət
29-11-2016 09:41 İşıq və qazın qiymət artımını ekspert sadə dildə izah edir...
25-11-2016 11:23 "Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır"
25-11-2016 10:44 Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər - ƏFV ÜMİDİ
24-11-2016 09:34 “Məni bir müxalifət lideri satdı” - Eynulla Fətullayevdən sensasion açıqlamalar
23-11-2016 11:22 Gələn ilin büdcəsi üçün müəmmalı CƏRİMƏ ÖHDƏLİYİ
21-11-2016 11:22 Uşaqlarda gizli TƏHLÜKƏ: “Bu əlamətlərə fikir vermək lazımdır”
21-11-2016 09:57 Məcburi köçkünlərin dolanışıq sarıdan problemi yoxdur
18-11-2016 10:01 33 rayona dövlət büdcəsindən pul ayrılmayacaq
15-11-2016 11:22 "Köhnə binaların heç də hamısı qəzalı vəziyyətdə deyil"
15-11-2016 09:43 İlqar Məmmədov üçün həlledici həftə: siyasətçi azad ediləcəkmi?
12-11-2016 10:35 İlqar Məmmədov gələn həftə azad oluna bilər
12-11-2016 10:18 Mediaya hərbi senzura lazımdırmı?..
11-11-2016 10:08 Bakıya gələn ermənilər - Xalq diplomatiyası, yoxsa...
10-11-2016 16:25 Siqaret çəkməyə görə cəriməni kim yazacaq?
07-11-2016 14:21 "Əgər Donald Tramp seçilsə o ABŞ-ın sonuncu prezidenti olacaq"
05-11-2016 10:59 Veteran kəşfiyyatçı Dilqəm və Şahbazı azad etmək üçün ilginc yol göstərdi
03-11-2016 14:28 Bu il Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyalar ödənilməyib
03-11-2016 11:08 Tikinti sektorunda qiymətlər daha da bahalaşıb
03-11-2016 10:05 Yanlış protokolla üzləşən sürücü nə etməlidir?
02-11-2016 16:01 İqtisadçı alim Qubad İbadoğludan qorxulu 2 ay proqnozu
02-11-2016 14:06 Beynəlxalq Bank tikinti sektoruna ciddi zərbə vurdu

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az