Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 May

2017
10:31
908
`Boko Haram`ın oğurladığı məktəbli qızlardan 82-si qaytarıldı

Nigeriyanın Çibok şəhərində «Boko Haram» terrorçuları tərəfindən litseydən oğurlanan 82 şagird Borno ştatında azad ediliblər. FaktXeber.com-un məlumatına görə, Sinhua bu barədə xəbər yayıb.

Bildirilir ki, azad edilən qızcığazlar  yaxın günlərdə Abucaya qaytarılacaq.

Nigeriyanın prezidenti Muhəmməd Buxarinin Administrasiyasından bildirilib ki, girovlar  bir neçə həbs olunmuş terrorçu ilə dəyişdirilib.

Qeyd edək ki, «Boko Haram» terrorçuları  2014-cü ilin aprel ayında Çibok litseyindən  276 qızı oğurlamışdı. Sonradan onlardan 57-si qaça bilmişdi. Bundan əvvəl xəbər yayılmışdı ki, terrorçular qızları zorla ərə verə, yaxud kölə kimi sata bilərlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru