Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

13 Aprel

2017
17:29
246
"Barselona"da gərginlik - Messi və Neymar məşqə çıxmadı

"Barselona"nın futbolçuları Lionel Messi və Neymar komandanın son məşqinə çıxmayıblar.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna məşqdən əvvəl klubun baş məşqçisi ilə sözügedən oyunçular arasında keçirilən görüş səbəb olub. 

Söhbət zamanı L.Enrike Messi və Neymara "Yuventus"a qarşı Çempionlar Liqasında keçirilən ilk oyundakı zəif çıxışlarına görə iradını bildirib. Enrikenin sözlərindən narazı qalan Messi və Neymar meydanı tərk edib və fərdi məşq etməyə başlayıb. 

Halbuki, klub argentinalı hücumçunun səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb. 

Qeyd edək ki, "Yuventus" - "Barselona" matçı İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com