Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Mart

2017
09:16
788
`...Qələbənin faydası olacaq`

Futbol üzrə Azərbaycan milli komandası 2017-ci ildə ilk yoxlama matçını keçirib. Robert Prosineçkinin baş məşqçilik etdiyi kollektiv Qətər yığmasının qonağı olub. Qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Tərlan Quliyev hesabı açıb. Bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurub. Lakin 63-cü dəqiqədə Araz Abdullayev oyunda son nöqtəni qoyub.

FaktXəbər-in məlumatına görə, Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki bildirib ki, özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. "Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər.  Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.

Oyunundan sonra millimizin kapitanı Rəşad Sadıqov da açıqlamasında bildirib ki, komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı: "Rəqibin də qol vurmaq üçün imkanları oldu. Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 05:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru