Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2021
09:44
Yeni binaların istilik təminatı ilə bağlı YENİLİK

Yeni binalar tikilərkən mərkəzləşmiş qaydada istilik təchizatına qoşulmaq üçün müraciət edə bilərlər.

Bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, bunun üçün öncə binadaxili istilik sistemi qurulmalıdır:

"Bundan sonra biz texniki şərtlər çərçivəsində yaxınlıqda yerləşən istilik sisteminə qoşulmanı təmin edirik. Lakin bəzi MTK-lar özləri fərdi şəkildə qazanxanalar tikir. Mərkəzi istilik sisteminə qoşulma məcburi olmadığı üçün biz sadəcə bu istiqamətdə tövsiyə verə bilərik".

Paytaxtın bəzi yerlərində köhnə tikililərin sökülməsi ilə əlaqədar mərkəzi istilik sisteminin əhatə dairəsinin daralmasına gəlincə isə qurum rəsmisi ciddi azalma olmadığını bildirib:

"Bu gün sökülən köhnə tikililər əsasən birmərtəbəli, ikimərtəbəli evlərdir. Doqquzmərtəbəli binaların söküntüsü demək olar aparılmır. Sökülən beşmərtəbəli binaların sayı isə az olduğundan, bu, ümumi faizə çox cüzi təsir edir. Həmçinin mərkəzi istilik təchizatına yeni binaların qoşulması ilə vəziyyət kompensasiya olunur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
736

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
888

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
899

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
894

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 06:33





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru