Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2021
15:15
TƏBİB sədri pandemiyanın bitəcəyi vaxtı AÇIQLADI

Ölkədə tətbiq edilən vaksinasiya koronavirusun “Delta” variantı üçün də qoruyucu keyfiyyətə malikdir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

R.Bayramlı bildirib ki, vaksinasiyaya düzgün riayət edildiyi təqdirdə ilin sonuna qədər biz bu pandemiya bəlasında xilas ola bilərik:

“Ölkəmizdə “Delta” virusuna qarşı bütün tədbirləri görməliyik. Vaksin istehsalçıları da bu istiqamətdə vaksinlərinin qoruyuculuğunun olduğunu bildirir. Müzakirələrdə qoruyuculuğun azalmasına dair iddialar var. Amma mütəmadi monitorinqlər gedir. Operativ qərargahın təyin etdiyi karantin qaydalarına riayət etmək şərtdir.

Əgər ölkədə virus aşkarlanarsa, onun gen xəritəsi aparılacaq və dünya gen bankına daxil ediləcək və ictimaiyyətə də məlumat veriləcək. Bir daha deyim ki, “Delta” virusu təhlükəlidir və yoluxuculuq qabiliyyəti 2-3 dəfə daha çoxdur. Səbrlə karantin qaydalarına riayət etsək, ilin sonuna pandemiyadan canımızı qurtara biləcəyik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
281

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
320

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
337

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
268
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 07:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru