Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2021
10:59
QMİ-nin Qazılar Şurası vaksinlə bağlı tövsiyə verib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tövsiyə verib.

Bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.

Tövsiyədə qeyd olunub ki, zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurub: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır.

QMİ dindarlara tövsiyə edir ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında aktiv mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər: “Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
210

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
385
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 10:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru