Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2021
09:58
Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var

Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib

Qeyd edək ki, “Palıdlı sahil” restoranı sabiq deputat Hadı Rəcəbliyə məxsus biznes obyekti kimi tanınır.

Məqalədə : Hadı Rəcəbli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
80

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
191

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
402

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
454

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
641
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 10:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru