Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2009
13:05
OPEC neftə tələbat üzrə proqnozunu artırıb
Dünya iqtisadiyyatında vəziyyətin yaxşılaşması fonunda Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) 2009-2010-cu illər üçün neftə olan tələbat üzrə proqnozunu artırıb.

Dünya iqtisadiyyatında vəziyyətin yaxşılaşması fonunda Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) 2009-2010-cu illər üçün neftə olan tələbat üzrə proqnozunu artırıb. «APA-ECONOMICS» məlumatına görə, cari ildə neftə gündəlik tələbat 84,24 mln. barel təşkil edəcək ki, bu da sentyabrda dərc olunmuş proqnozdan 150 min barel çoxdur.

Gələn il OPEC neftə tələbatın 0,8% artacağını və 84,9 mln. barelə çatacağını proqnozlaşdırır, halbuki əvvəlki proqnozlarda artım 0,6% səviyyəsində gözlənilirdi.

Qeyd edək ki, bir neçə gün öncə dərc olunmuş Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında 2009-cu ildə dünyada neftə tələbat sutkada 84,6 mln. barel nəzərdə tutulub. Bu da əvvəlki göstəricidən 200 min barel çoxdur. Gələn il isə bu göstəricinin 1,7% artaraq 86,1 mln. barelə çatacağı gözlənilir, halbuki əvvəlki proqnozlara əsasən bu göstərici 85,7 mln. barel səviyyəsində olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
390

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
407

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
548

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
595
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 20:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru