Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2009
11:11
Sergey Lavrov ümidverici bir söz söyləmədi
"Prezidentlərin görüşünü digər proseslərə bağlamaq yersizdir"

Ermənistan-Türkiyə danışıqlarını və MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti ilə görüşünü bir-birinə bağlamaq düzgün deyil. Bu bəyanatla Kişinyovda baş tutan MDB xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, bu gün keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü Dağlıq Qarabağa həsr olunacaq. Oktyabrın 10-da isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, Ermənistan və Türkiyə xarici işlər nazirləri görüşəcəklər. Ola bilsin ki, görüşdə diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması ilə bağlı protokollar imzalansın.
“Bu görüşün (Azərbaycan və Ermənistan prezidnetlərinin görüşü) və Dağlıq Qarabağ münaqişəsinin Ermənistan-Türkiyə görüşünə heç bir aidiyyatı yoxdur. Bu paralel proseslərdir”, deyə Lavrov, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasının Qarabağ münaqişəsinin həllinə təsir edə biləcəyi barədə deyilənləri şərh edərkən bildirib.
Qeyd edək ki, bu gün Kişinyovda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Dünən isə Kişinyovda Azərbaycan və Ermənistan prezidentləri görüşüblər. ATƏT-in Mink qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, görüş konstruktiv keçib. Yuri Merzlyakovun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri yaxınlaşdırmağa nail olublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
629

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
661

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
600

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
791
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 04:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru