Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2012
15:39
BAKI SAKİNLƏRİNİN NƏZƏRİNƏ: KOLBASA VƏ SOSİSKA YEYƏRKƏN DİQQƏTLİ OLUN!
Bakıda "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində fəaliyyət göstərən "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının istehsalına dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin sanitar vəziyyəti qeyri qənaətbəxşdir. Belə ki, xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir. Bundan başqa, müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir. Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur.

Məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da, faktiki kərə yağında istifadə edilmir. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılıb.

Həmçinin yoxlanılan yarım hisə verilmiş "Poltovskaya" və bişmiş hisə verilmiş "Servelat Halal" kolbasalarının təhülkəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən edilib.

Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" standartının tələbinə uyğun olaraq "Halal" kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi "Halal" kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.

Aşkar olunmuş bu və digər nöqsanlara görə "Azərdad" MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.

Nicat Xaliqoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru