Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2021
10:58
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

APA xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşayiət olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq K.Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən verilən açıqlamada K.Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.

Bildirilib ki, K.Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib:

“Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
711

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
853

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
869

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
864

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
870
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 04:53





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru