Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2021
15:57
İran XİN prezident İlham Əliyevin açıqlamalarına münasibət bildirib

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Azərbaycna prezidenti İlham Əliyevin İranla bağlı etdiyi son açıqlamalarına münasibət bildirib.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İki ölkə arasında yaxşı əlaqələrin mövcud olduğu halda, bu şəkildə edilən bəyanat təəccüb doğurur:

“Bu və digər məsələlərlə bağlı iki ölkənin xarici işlər naziri BMT Baş Assambleyasında  ciddi və dəqiq məsləhətləşmələr aparıblar və razılıq əldə edilib ki, münasib platformada bu danışıqlar davam etdirilsin. İran İslam Respublikası həmişə ərazilərin işğal edilməsilə bağlı müxalif mövqedə olduğunu elan edib və ölkələrin ərazi bütövlüyünə və beynəlxalq sərhədlərə hörmətlə yanaşıb. Bu arada yaxşı qonşuluq mühüm mövzulardandır ki, qonşulardan onun diqqətdə saxlanılması təvəqqe edilir.”

Həmçinin İranın Azərbaycanla sərhəd yaxınlığında keçirdiyi hərbi təlimə toxunan Səid Xətibzadə davam edib: “Bu suveren məsələdir. Bütün bölgənin sabitliyi və sakitliyi üçündür. Aydındır ki, İran İslam Respublikası Sionist rejimin sərhədlərinin yaxınlığında özünü nümayiş etdirməsinə dözüm göstərməyəcək və bu istiqamətdə təhlükəsizliyi üçün lazım olan hər addımı atacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
296

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
388

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
367

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
413

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 22:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru