Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2021
13:45
Bakının Ceyhun Səlimov küçəsi əsaslı təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işlərini davam etdirir. Bu çərçivədə paytaxtın Nəsimi rayonunda ümumi uzunluğu 6,5 km olan 12 küçənin təmiri aparılır.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, 2021-ci ilin İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsi idi ki, artıq agentlik tərəfindən sözügedən küçədə əsaslı yenidənqurma işləri sonuncu mərhələdədir. Bunun üçün əraziyə lazımi sayda qüvvə və texnika cəlb olunmaqla sürətlə işlər davam etdirilir. 6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsi uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

İyul ayında start verilən yenidənqurma işlərinə uyğun olaraq, küçədə yeraltı kommunikasiya xətləri – işıq, qaz və su xətləri aidiyyəti qurumlar tərəfindən yenilənməsinə start verilib. Kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və bu tarixdən etibarən agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Qısa müddət ərzində küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Asfaltlanma işləri ərazidə intensiv hərəkət və tədris ilinin başlanılması ilə əlaqədar olaraq gecə saatlarında aparılır. Ümumilikdə 16 min 820 kv.m sahənin asfaltlanması nəzərdə tutulur.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da küçənin sözügedən hissəsində səkilərin sahəsi 2200 kv.m-dən 3870 kv.m-dək artırılıb, küçəyə 3 min p/metrə qədər yeni səki daşları düzülüb.

Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yol ayrıcıları da tam olaraq yenidən inşa edilib.

Layyihəyə uyğun olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulur.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yaxın müddət ərzində müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Cari il ərzində rayon ərazisində 10 küçənin təmiri yekunlaşıb. Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri bitəndən sonra Alı Mustafayev küçəsində təmir işlərinə start veriləcək.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində 10 km-dən çox uzunluğa malik küçə təmir edib.

Məqalədə : Ceyhun Səlimov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
302

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
398

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
382

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
418

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 22:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru