Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2021
10:37
Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Bu barədə təşkilat məlumat yayıb.

"Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır", - məlumatda deyilir.

Azərbaycan tərəfi əlavə edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

Müraciətdə məqsəd Ermənistanı konvensiyaya uyğun olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsinə məcbur etməkdir. Bununla yanaşı, azərbaycanlıları Ermənistanın davam edən davranışının səbəb olduğu zərərlərdən qorumaqdır. Belə olan təqdirdə Azərbaycan məhkəmədən təcili olaraq müəyyən müvəqqəti tədbirlər görülməsini xahiş edir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bir neçə gün bundan əvvəl ölkəmiz tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
303

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
277

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
264
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 23:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru